Mənim RƏBBİM

16 Şubat 2015
3 278
0
Mənim RƏBBİM
Mənim RƏBBİM

Gözəli sevən Rəbbim, mənim içimi nurlarınla gözəlləşdir… İçimin gözəlliyiylə davranışlarım nurlansan!…
Gözlərəmin baxışında Sən olmalı, kirpiyimin ucundakı damlada Sən parlamalısan!…
Sənin yolunda çalışarkən yorulduğum üçün istirahət etməliyəm…
Rahatım da Sənin üçün olmalı yəni, Yuxumda Səni sayıqlamalıyam…
Yollarım Sənə gəlməli həmişə! Dönsə gəzsə yenə Səni tapmalı ünvanlarım!…
Həyatımdakı hər ciddi addımı Sənin üçün atmalı, yenə Sənin üçün qaçmalıyam, Sənin yolunda…


Bağışlamağı sevən Rəbbim, bağışlanılmanın dincliyini yaşatdır mənə…
Günahkar qulunun tək təsəllisi; Sənin hüzurunda üzr istəyərkən, süzülən gözyaşlarıdır…
Bu qədər günahıma baxmayaraq, məni bir sevgiylə rahatlaşdıran; tövbə etməyi nəsib edən Rəbbimin, qullarını bağışlamağı sevməsidir…


Səndən qoparma məni! Sənsiz buraxma ürəyimi… Səndən uzaq qalınca; elə aciz, elə çarəsizim ki…
Səninləykən dincliyim artir. sanki hər şey, hər gözəl şey mənim, bütün xoşbəxtliklər mənimlə…
Dünyanın bütün çiçəklərini iyləsəm, Sənə dua edən zamanı olan dincliyi yenə tapa bilməm…


Ən gözəl sözləri istifadə etsəm Sənin üçün, həmişə Səni söyləsəm danışdığımda; Səni izah etməyə yenə doya bilməm!…
Dostlarını sevsəm; ürəklərində Sən yaşayırsan deyə…
Bütün yaratdıqlarına ibrətlə baxsam; Səni xatırladır deyə…
İçimdəki sevgiyə dair nə varsa etsəm; Səni sevməyə yenə doya bilməm!…


Qulunu bağışlayarsanmı Rəbbim; məni Sən əfv edirsənmi ?!…
ALLAH BIZLƏRI PIS ƏMMƏLLƏRDƏN UZAQ ETSIN...AMIN..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.