Kimsənin kimsəyə baxmiyacagı o Gün

17 Şubat 2015
1 305
0
Kimsənin kimsəyə baxmiyacagı o Gün
Kimsənin kimsəyə baxmiyacagı o Gün

Kimsənin kimsəyə baxmiyacagı o Gün
Həsən əl-Bəsrinin belə dediyi rəvayət edilmişdir: ″Peyğəmbərin (sallallahu aleyhi vəsəlləm) başı Aişənin (r.a.) qucağındaydı. Dərin yuxuya getmişdi. Aişə (r.a.) Axirəti xatırlayaraq ağladı. Gözündən axan yaşlar Allah Rəsulunun mübarək yanaqları üzərinə düşdü. Rəsulullah (sallallahu aleyhi vəsəlləm) bu göz yaşlarıyla oyandı. Başını qaldırdı və ″Niyə ağlayırsan, ey Aişə?″ deyə soruşdu. Aişə:″Ey ALLAHın Rəsulu, Axirəti xatırladım ona görə… Əcəba Qiyamət günü yaxınlarımızı xatırlayacayıqmı?″ Peyğəmbər (sallallahu aleyhi vəsəlləm) belə cavab verdi: ″Canım qüdrətinin əlində olan ALLAHa and içirəm ki, üç yer vardır ki, insan orada özündən başqa heç kimi xatırlamaz: 1.Tərəzilər qurulub insanların əməlləri ölçüldüyü zaman yaxşı əməlinin ağır, yoxsa yüngül gəldiyini öyrənincəyə qədər. 2.Əməl dəftərləri paylandığı zaman sağ əlinə, yoxsa sol əlinə veriləcəyini öyrənincəyə qədər,3. bir də Sırat yanında.″
Kimsənin kimsəyə baxmiyacagı o Gün
Kimsənin kimsəyə baxmiyacagı o Gün
Ənəs bin Malikdən rəvayət edilmişdir: ″Qiyamət günü insan oğlu gətirilib tərəzinin iki gözü arasında dayandırılır və bir mələk onun üçün təyin edilir. Əgər tərəzisinin savab tərəfi ağır gələrsə, həmin mələk bütün məxluqatın eşidəcəyi bir səslə belə söyləyir: ″Filankəs filankəs oğlu əbədi olaraq bir daha qəm görməcəyi səadətə qovuşmuşdur!″
Kimsənin kimsəyə baxmiyacagı o Gün
Kimsənin kimsəyə baxmiyacagı o Gün
Əgər tərəzisinin savab gözü yüngül gələrsə, bu dəfə də eyni mələk bütün məxluqatın eşidəcəyi bir səslə belə deyər: ″ Filankəs filankəs oğlu əbədi olaraq bir daha xoşbəxt olmayacağı əzaba uğramışdır!″ O zaman sən məxluqatla birlikdə ayaq üstə gözləyərkən bir də baxarsan ki, həmin mələyə zəbaniləri gətirməsi əmr edilmişdir. Onlar əllərində dəmir toxmaqlar, əyinlərində atəşdən olan geyimlə gələrlər. Sən onları görərkən o qədər qorxarsan ki, dəhşət və heybətdən ürəyin ağzına gələr
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.