Allah sevgisi

04 Aralık 2014
1 680
0
Allah sevgisi
Allah sevgisi



İnsan ona kiçik qulluq göstərən və ya yaxşılıq edən bir insana bu gö­zəl davranışından duyduğu məmnuniyyəti dərhal göstərmək istəyir. Məsələn, onu evində saxlayan, qulluq göstərən şəxsə minnətdarlıq edir, xüsusilə də ev sahibi diqqətli insandırsa və heç bir söz soruşma­dan qonağın hər ehtiyacını tamamilə ödəyirsə... Ciddi xəstəliyi olan insan da həkimin müalicəsi ilə şəfa tapanda ona necə təşəkkür edəcə­yini bilmir. Bir insan yolu keçərkən onu maşın vurmasından xilas edən insana həyatını borclu olduğunu söyləyib həmin adamı mükafat­landırmaq istəyir və ona olan minətdarlığını göstərmək üçün əlindən gələn hər şeyi edir. Hər insan ona sürprizlər edən, gözəlliklər bəxş edən, yaxşılıqlar edən şəxsləri çox sevir, onlara qarşı hörmət və qay­ğı göstərməkdə səhv etməməyə çalışır. Ancaq bəzi insanların unutdu­ğu çox mühüm həqiqət var: Bir insanı sevindirən, onun qayğısına qa­lan, ona gözəl ruzilər, nemətlər bəxş edən, xoşuna gələn mənzərəni yaradan, hər səhər oyananda ona həyatını yenidən bəxş edən, onu təhlükələrdən qoruyan, xəstələnəndə ona şəfa verən, dərmanlar vasi­təsilə ağrısını kəsən və ya kədərini unutduran, bütün canlı və cansız varlıqların sahibi Allahdır. Odur ki, insan sahib olduğu nemətlər və qarşılaşdığı gözəlliklərə görə sevgisini, hörmətini, minnətdarlıq duy­ğusunu, vəfasını və şükrünü Allaha yönəltməlidir. Bir insana köməyə görə təşəkkür edərkən onu bu yardıma ilhamlandıraraq rəhmətini çatdıranın Rəbbimiz olduğu qətiyyən unudulmamalıdır. Allah bir ayə­də belə bildirmişdir: Allah hər insana yoxdan bir can vermiş, dünyanı onun üçün ən gözəl və ən uyğun şəkildə yaratmışdır. Məsələn, dünya­nın hər yerində insanlar rahatlıqla nəfəs alıb-verə bilirlər. Allah rəh­məti ilə atmosferdəki qazların nisbətini insanlar üçün ən uyğun nis­bətdə təsbit etmiş və yaratmışdır. Bir çox insan havasız otaqda nə qə­dər çətin nəfəs alıb-verdiyini bilir. Havasızlıq artdıqca insanın keçir­diyi sıxıntı hissi də artır. Biz güclə nəfəs alıb-verə biləcək dünyada da yaşaya bilərdik. Ancaq tənəffüs etdiyimiz hava Allahın rəhməti və diləyi sayəsində heç vaxt bizə sıxıntı vermir, əksinə, bizi rahatlaşdı­rır, xoşumuza gəlir.
Allah yer üzünün hər yerində növbənöv meyvələr, tərəvəzlər və bitki­lər yaratmışdır. Əgər Allah istəsəydi, dünyada bir növ qida olardı və bu qidanın dadı da bizə heç ləzzət verməyə bilərdi. Biz sadəcə olaraq yaşamaq üçün bu qidanı yemək məcburiyyətində qala bilərdik. Bu qi­dadan başqa torpaqdan bir şey istehsal etmək imkanımız olmazdı. Ancaq Allah sonsuz mərhəməti və şəfqəti ilə insanlar üçün növbənöv meyvə və tərəvəzlər yaratmışdır.
Üstəlik, bunların hər birinin dadı bir-birindən fərqli və gözəldir. İn­san yaşamaq üçün yemək məcburiyyətindədir, amma Allahın rəhməti sayəsində bir yandan da bütün bunların ləzzətindən böyük zövq alır.
Allahın yaratdığı heyvanlar da insanlar üçün müxtəlif gözəlliklərlə yaradılmışdır. Məsələn, at, dəvə, it kimi itaətkar heyvanlar insanla­ra yardım edirlərsə, quş, pişik kimi ev heyvanları da özlərini sevdi­rən xoş xüsusiyyətlərə malikdirlər.
Tənəffüs etdiyimiz havadan yer üzünə enən yağışa, torpaqda yetişən məhsullardan yeraltı sərvətlərə, xoşumuza gələn heyvanlardan əsas həyat qaynağı olan suya qədər təbiətdəki hər şey ən kiçik səy belə göstərilməsinə ehtiyac duyulmadan bizə çatır. İnsanın yaşaması və ömrünü davam etdirə bilməsi üçün kainatda son dərəcə təfərrüatlı proseslər baş verir, son dərəcə həssas nisbətlər anbaan qorunur.
İnsandan başqa bütün canlılar sahib olduqları xüsusiyyətlərin fərqi­nə vara bilmirlər. Bir dovşan nə qədər sevimli olduğunun fərqində ol­madan yaşayır. Kəpənək qanadlarındakı simmetriyanın, naxışların və harmoniyanın şüurunda deyil. Sahib olduğu rənglər, naxışlar və simmetriya tovuz quşunu olduqca cazibədar edir. Amma o nə üçün var olduğunu belə bilməyən və gözəllikləri dərketmə qabiliyyəti ol­mayan canlıdır. Quyruğundakı rənglər və naxışlarla dünyanın ən gö­zəl mənzərələrindən birini nümayiş etdirən bu varlıq insanların Alla­ha şükr etmələri və Allahın yaradıcı gücünü görə bilmələri üçün yara­dılmış nemətlərdən yalnız biridir.
Allah bütün bu canlılardakı gözəl görünüşləri insanlara nemət ola­raq verir. Buna görə də insanın canlılardakı estetikanı, simmetriyanı və rəngləri görüb Allahın gücünü lazımınca qiymətləndirə bilməsi və bütün bu gözəlliklərin yaradıcısı olan Rəbbimizə ən gözəl şəkildə şükr etməsi vacibdir.

Allahın yer üzündə yaratdığı gözəlliklər o qədər çoxdur ki, saymaqla bitməz. Məsələn, qızılgülün görünüşündə qüsursuz estetika var. Yar­paqları son dərəcə səliqəli və simmetrik düzülüşə malikdir. Yarpaqla­rın üstü isə çox keyfiyyətli parça olan məxmər yumşaqlığındadır. Tə­biətin ən gözəl və ən canlı rənglərindən meydana gəlmişdir. Palçıqlı və qapqara torpaqda bitməsinə baxmayaraq, rənqlərində bulanıqlığa və ya kirə rast gəlinməz. Ətri isə dünyanın ən inkişaf etmiş texnologi­yalarından istifadə edilsə belə, bənzəri əldə edilə bilməyəcək xüsusiy­yətlərə malikdir. Ən keyfiyyətli ətrin belə müəyyən müddətdən sonra qoxusu ağırlaşdığı halda, qızılgül daima təzə qalan, insana zövq ve­rən möhtəşəm ətir verir. Ancaq gül də bu xüsusiyyətlərinin heç biri­nin fərqində deyildir. Bütün bu xüsusiyyətləri ilə gül insan üçün bö­yük nemət olaraq yaradılmışdır.

Yer üzündəki hər gözəllik həm Rəbbimizin neməti, həm də Onun son­suz gözəlliyinin bir bənzəridir. Buna görə vicdan sahibi olan və düşü­nən hər insan bütün bu gözəlliklərin əsl sahibi olan Allaha böyük sev­gi ilə bağlanır. Allah bütün yaratdıqlarında insanlar üçün düşünüb öyüd alacaq dəlillər olduğunu bildirir:

«Allah yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza ver­di. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da əlamətlər vardır!» («Nəhl» surəsi, 13).
Bura qədər saydıqlarımız insanlara verilmiş nemətlərin çox az bir qismidir. Bunlarla bərabər, həyatımızın davam etməsi üçün saysız amillərin bir yerdə olması lazımdır. Əslində, yuxarıda verilən nümu­nələrdən birini belə düşünmək Allahın insanlara olan mərhəmətini anlamağımız üçün kifayətdir. Allahın lütfü ilə ağıla, mühakimə etmə qabiliyyətinə malik olan insanın bu qabiliyyətlərindən Allahı tanı­maq və bilavasitə onu çox sevmək üçün istifadə etməsi lazım gəlir. Çünki vicdanını dinləyərək ətrafında olan mükəmməl nizamı dərk edə bilən insanlar üçün bütün kainat Allaha olan sevgilərini artıran səbəblərlə doludur. Bunları hərtərəfli düşünən bir insan təbii olaraq Allahı lazımınca dəyərləndirib sevə bilər.



Allah sevgisi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.