Boş işLərdən uzaq oLmaq

11 Ağustos 2015
1 519
0
Boş işLərdən uzaq oLmaq
Boş işLərdən uzaq oLmaq

Bəzi insanlar var ki, hər sahədə çox gözəl xüsusiyyətlərə malikdirlər, ancaq bu xüsusiyyətlərinə baxmayaraq insanlar tərəfindən lazımınca hörmət qazana bilmirlər. Hətta çox vaxt heç kəsin diqqətini belə çəkməz, sadə insan təsiri bağışlayarlar.

Halbuki bir insan bu kimi üstün əxlaqa və həqiqətən də dəyərli ruha sahibsə, bu xüsusiyyətlərinin ətrafı tərəfindən mütləq hiss olunması və təqdir görməsi lazımdır.

Bir sözlə, əgər bəhs olunduğu kimi bir vəziyyət mövcuddursa, bunun belə olması səbəblərindən biri, digər üstün xüsusiyyətlərinə baxmayaraq bu insanın "boş" insan olmasıdır.

"Boş" kəlməsi, məcazi olaraq "ağlı və elmi olmayan", beyni, ruhu boş, dəyərsiz, cahil, savadsız insanları ifadə edir. Ancaq "cahil", "savadsız" və ya "boş" deyərkən "məqsədsiz" adlandırdığımız insanları mütləq təhsili, dünya görüşü olmayan insanlar da hesab etmək olmaz. Burda bildirilən, həmin insanın "ruhunda olan boşluqdur". Eyni şəkildə yüksək savada malik olan, karyer sahibi və yüksək təhsilli insan da eyni şəkildə boş insan ola bilər.

Belə insanlar, nəfislərini arındırmamış, müxtəlif incəliklərlə, gözəl xüsusiyyətlərlə ruhlarını zənginləşdirməmiş insanlardır. Bu səbəbdən də üzlərində bir boşluq nişanəsi hiss olunmaqdadır. İnsanların diqqətini çəkəcək xüsusiyyətlərə malik deyillər. Ən əsası isə, həmin insanların özlərindəki bu xüsusiyyətləri görməməkləridir. Bu yöndən çatışmazlıqları olduğunun şüurunda olmadan, görünən maddi və fiziki xüsusiyyətləri ilə insanlar arasında hörmət qazanmağa çalışırlar və insanların özlərində olan bu xüsusiyyətlərdən çox digər əsas amillərə fikir verdiklərini gördükdə isə insanlardan uzaqlaşmalarına səbəb olur.

Bu kimi insanların üstün xüsusiyyətləri də, ruhlarındakı boşluğun təsiri ilə görünmür. Məsələn, fiziki cəhətdən diqqəti cəlb edən insan, hər nə olursa olsun insanlar tərəfindən sevilmək istəyir. Ancaq boşluq, bu insana adi insan görkəmi verdiyindən heç kəs tərəfindən üstün xüsusiyyətləri nəzərə çarpmır.

Bununla yanaşı elə insanlarda vardır ki, çox üstün xüsusiyyətlərə malik olmasalar da insanlar arasında hörmət qazanırlar. Bu hər insanın şəxsi keyfiyyətindən irəli gəlir. Ağıllarından düzgün istifadə edərək üzərilərində müsbət aura yaradırlar. Danışığı ilə, hərəkərləri ilə, üstün əxlaqa malik olduğunu hiss etdirilər. Belə insanlar dolu insanlardır. Bəzən ətraflı araşdırdığımızda bu insanların nə təhsilləri, nə nailiyyətləri, nə də savad yönündən heç də üstün xüsusiyyətlərə malik olmadığını görmək mümkündür. Bu insanlar sahib olmadıqları heç nəyə heyfsilənmirlər, əlində olanlarla kifayətlənir və Allahın onlara verdiyi nemətlərə şükür edirlər. Belə ki, ruhu zəngin olan, üstün insan, fiziki cəhətdən adi insan görkəmi canlandırsa da, ətrafda əsrarəngiz fikir formalaşdırır və harada olursa olsun həmin yerdə insanlar tərəfindən ən çox sevilən, hörmət bəslənilən insana çevrilir.

Dəyərli ruha sahib olan insan, həyatın hansı üzü ilə qarşılaşırsa, qarşılaşsın yenə də həyatını ən gözəl şəkildə yaşayan insandır. İnsan ruhundan, sevgidən, məhəbbətdən, dostluqdan, sədaqətdən, dünya nemətlərindən də ən çox həzz alan bu kimsələrdir. Çünki bu insanlar öz ruhundakı üstünlükləri görə bildikləri üçün də, digər insanlarda da bu kimi üstünlükləri görə bilirlər. Allahın yaratdığı möcüzələri də ən gözəl şəkildə görə bilən insanlar da elə bunlardır.

Boş, məqsədsiz insan isə, bütün bunlardan demək olar ki xəbərsiz halda həyatını yaşayır. Özü ilə "dolu insan"lar arasındakı fərqi heç vaxt hiss etməz. Aralarında müqayisə edə bilmədiyi üçün belə insanların dəyərini də qavraya bilmir.

İnsan ruhunu dolu hala gətirəcək, gözəlləşdirəcək, zənginləşdirəcək və boşluqdan qurtaracaq şey isə "səmimi iman, səmimi Allah sevgisi və Allah qorxusu"dur. İmanı dərinləşdikcə insan, boşluqdan da canını qurtarmış olur. Boşluqdan uzaqlaşmış, ruhu zənginləşmiş insanın isə hərəkətlərində, üslubunda köklü surətdə dəyişikliklər hiss olunmağa başlayır. Ruhundakı zənginlik, danışığına, hərəkətlərində də əks olunur. Və bu ruh zənginliyi də həmin insanın əxlaqına, şəxsiyyətinə, həyatının hər anına gözəllik qatır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.