Əxlaq ustadlarından.

07 Aralık 2014
1 089
0
Əxlaq ustadlarından.
Əxlaq ustadlarından.

1. Səxavətlilərin və alicənabların öncülü Allahdır. O alicənablıq və bağışlamağı bizə öyrədir. Peyğəmbərlərin də belə bağışlamaq və alicanablıqları olub və bunları bəşərə öyrədiblər.


2. Allahın ədəbini öyrənib özünüzdə işə salın. Özünüzü Allahın sifətləri ilə sifətləndirib, Allahın ədəbi iləədəbləndirin. Bununla yer üzündə “Allahın xəlifəsi” adına nümunə olun.


3. Biz bu gün burdayıq və burdakı səsləri eşidirik.Yəni sabahkı səsləri hələki eşitmirik.Keçmişdəki səslər ötüb keçib və biz onları hal-hazırda eşitmirik.Biz buradakı səsləri eşidirik və heyvanların səslərini eşitmirk.Amma Allah belə deyil.Allah mütləq eşidəndir yəni ki, vahid anda həm insanların, həm heyvanların və həm də mələklərin səsləri ilə yanaşı bütün digər səsləri də eşidir.


4. Bu dünya elm, düşüncə və ilahi mərifət üçün məktəbdir. Qurani-kərim buyurur: Nə üçün göylərə və yerə baxmırsınız? Bəzən şəhərdən kənarlaşın.Bir təpənin ya dağın üzərinə qalxıb gəylərə və yerə tamaşa edin.Bu böyük dünyaya baxın və yaranış barəsində düşünün.Səhra, külək və ətrafınızdakılar barəsində təfəkkür edin. Baxdıqdan sonra deyin: Bütün bunları sən yaratmısan ki, mən bu güzgüyə baxmaqla Səni görüm. Bu böyük aynadan sənin zatını oxuyum.Bütün bunların vücudu Allahın varlığına, böyüklükləri isə Allahın böyüklüyünə dəlildir.Aləmdəki varlıqların zərifliklər Allahın elminə, onlardakı nizam isə Allahın hikmətinə dəlil-sübutdur. Dediyim bu cümləyə yaxşı diqqət edin: Aləmdəki hər bir zərrə bunu deyir ki, Allah var və məni O yaradıb. Bu zərrələrin vücudu Allahın varlığına dəlildir.Bu dünyanın böyüklüyü Allahın böyüklüyünə dəlildir.“Allahu əkbər”.Allah hər kəsdən böyükdür.Bu dünyadakı zərifliklər Allahın alimliyinə və elminin əhatəli olmasına dəlildir.Bu dünyanın nizamına nəzər saldıqda bu nizam deyir ki, Allah hikmətlidir.Bu dünya bir güzgüdür və biz bu güzgü vasitəsi ilə Allahı tanımalıyıq.

5. Münacat Allah yanında çöx əzizdir.Münacat nədir?Münacat yəni əyləşib Allah ilə öz dilində söhbət edəsən. Pərvərdigara! Ömrüm keçir, bilmirəm məndən razısan ya yox? Pərvərdigar! Bilmirəm günahlarım nəqədərdir?Hamısını sən yazıbsan, mən bundan xəbərsizəm.Sən bilirsən cinayətlərim nəqədərdir.Əməllərim necədir, xalisdirmi yoxsa yox?Mənə behişti verəcəksən yoxsa cəhənnəmi?Qəbir evində, bərzəxdə nə edəsiyəm?Əyləşəsən və bu səfərin barəsində düşünəsən.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.