Sefer AyI

14 Aralık 2014
4 833
0
Sefer AyI
Sefer AyI


Səfər ayının son ongünlüyünü yaşayırıq. Xalqımız bu iki ayda ehtiva olunan “Məhərrəmlik” mərasimini öz fəlsəfəsi, maarifi, ibadətləri ilə tarix boyunca qeyd etmiş və indi də qeyd etməkdədir. Klassik dövr dahilərimizin təbirincə – “Ey günəş qaralıb düşmədin yerə, Mahi muhərrəm gəldi, ağlamaq, zar olmaq gərək (Nəsimi)”– bu ayda xalqımız kütləvi şadyanalıqdan çəkindi. Hətta din qaydalarına ciddi riayət etməyən bir çox vətəndaşlarımız da günah sayılan, şərabdan, eyş-işrət məclislərindən bu ayda uzaq durdu.

Lakin həmişə, hər yerdə olduğu kimi bizim də ölkədə xalqının çörəyini yeyib, ona xor baxanlar tapıldı. Sovetin bəzi qalıqları, indi isə puldan ötrü Qərbə yarınmaq istəyənlər, xalqın məfkurəsinə, mədəni-dini irsinə zərbə vuranlar, genetik olaraq damarlarında xainlik virusu daşıyanlar bu iki ayda çıxartmadıqları hoqqalar qalmadı. Kimisi dedi ki, bu mərasimin bizə aidiyyəti yoxdur, İrandan gəlib, kimisi dedi Turandan gəlib, kimisi dedi ki, bu ərəblərin dərdidir... Və təbiii ki, bundan betərlərini də deyənlər oldu. Ən pisi isə budur ki, belə gerizəkalılar arasında tək-tük də olsa, özünü milət vəkili hesab edənlər də var. Lakin xalqımızın çox gözəl, yerində olan bir atalar sözü var: “.., karvan keçər!” Və həqiqətən də, Karvan keçdi!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.