Qadına niyə hicab vacib buyurulub?
Qadın - gözəllik, iffət və zəriflik mənbəyidir. Kişi isə bu gözəlliklərdən təsirlənən tərəfdir. Ona görə də İslam, qadınlar üçün hicabı iffət hesab etmiş və İslami dəyərləri qoruyan hər xanımın ona əməl etməsini vacib buyurmuşdur.
Allahın Rəsulu (s) Hüccətül-vidada olan zaman bir cavan qadın o Həzrətə (ə) sual vermək üçün gəlir. Fəzl ibni Abbas da Peyğəmbərin (s) yanında idi. Qadın sualını verir və Peyğəmbər (s) onun sualına cavab verən zaman hiss edir ki, bu ikisi bir-birinə baxır. Fəzl cavan, yaraşıqlı bir cavan idi. Peyğəmbər (s) əli ilə Fəzlin üzünü başqa istiqamətə çevirir və buyurur: "Cavan qadın və cavan kişinin nəzərlərindən qorxuram ki, şeytan gələr və onları yolundan azdırar”.
Qurani-Kərimin "Nur” surəsinin 31-ci ayəsində qadınların geyimi haqqında məlumat verilmiş və onların hicab bağlamaqları vacib buyurulmuşdur. Eyni zamanda "Əhzab” surəsinin 59-cu ayəsində də Peyğəmbər (s) xanımlarının timsalında bütün müsəlman qadınlarının hicab bağlamağı buyurulmuşdur.
Cabir ibni Abdullah nəql edir: "Peyğəmbərlə (s) bir yerdə idik və o Həzrət (s) qızı Fatimənin (s.ə) evinə getmək istədi. Qızının evinə çatanda mübarək əlləri ilə qapını itələyir və buyurur: "Əssəlamu Əleykum!”. Peyğəmbərin (s) sevimli qızı cavab verir: "Əleykə səlam, ya Rəsulallah!”. Bu zaman Peyğəmbər (s) evə girmək üçün icazə istəyib buyurur: "Mən və mənim yanımda olan evə girə bilərikmi?”. Bu zaman Fatimə (s.ə) buyurdu: "Atacan, başımda bir şey yoxdur”. Allahın Rəsulu (s) buyurdu: "Libasının əlavə hisəsi ilə başını ört”. Peyğəmbər (s) yenidən icazə alır və Fatimə (s.ə) soruşur: "Sizinlə kim gəlib?”. Həzrət Peyğəmbər (s) buyurur: "Cabir”. O zaman biz evə girdik. Cabir deyir: "Zəhranın (s.ə) üzü saralmışdı və Peyğəmbər (s) ondan soruşur: "Qızım, niyə beləsən?”. Zəhra (s.ə) deyir: "Aclıqdandır”. Peyğəmbər (s) dua edir: "Ey acları doyuzduran və məhsulları əmələ gətirən Allah! Muhəmmədin (s) qızı Fatiməni (s.ə) doyuzdur”. Cabir nəql edir ki, Peyğəmbərin (s) bu duası yerinə yetdi. Onun bu duasından sonra Zəhranın (s.ə) üzünün rəngi dəyişdi. O gündən sonra Fatimə (s.ə) heç vaxt ac olmadı”.
İffət və hicab nümunəsi olan Həzrət Zəhra (s.ə) həyatının hər bir sahəsində hansı şəraitdə olursa-olsun, nəinki hicabını tərk etməmişdir, hər zaman bu mübarək simvolu təbliğ etmişdir. Çünki hicabın fəlsəfəsini dərk etmişdi və bunu insanlara da ötürmüşdü.
Bir çox əhli-təsənnün və Əhli-beyt (ə) alimləri yuxarıdakı ayələrə istinad edərək, hicabın hədlərini müəyyən etmişdilər. Bir neçə alimin bu haqda fikirlərinə nəzər salaq.
"Əl-fiqh əla məzahibil-xəmsə”də gəlir ki, İslam alimləri bu fikirdə müştərəkdirlər ki, qadın və kişi evdən bayırda geyindiyi geyimləri namaz vaxtı da geyinməlidir. Sonra deyilir: "Əhli-beyt (ə) alimlərinin əqidəsinə görə namaz vaxtı da bədənin elə hissələri örtülməlidir ki, naməhrəm yanında da örtülür”.
Əllamə Hilli buyurur: "Əhli-beyt (ə) alimlərinin nəzərinə görə, qadınların biləkdən aşağı əlləri də üzü kimi açıq qala bilər”.
Bəli, gözəllik və zəriflik mənbəyi olan qadın Allahın hikmətinı görə hicab geyinməli və öz gözəlliklərini nümayiş etdirməməlidir. Çünki onların gözəllikləri ancaq məhrəmləri üçündür. Naməhrəmlər onların bu keyfiyyətlərini görməməlidirlər. Əgər belə olmazsa, cəmiyyətdə fəsad baş verər ki, hamımız bunun şahidiyik. Hər bir yerdə qadını əhəmiyyətsiz və dəyərsiz bir alət kimi istifadə etmək istəyirlər.
Reklamların bir çoxunun bəziyi ancaq qadınlardır. Qadınlar nəzəri daha çox cəlb etdiyindən onlardan incəsənət sahəsinin demək olar ki, hər bir sahəsində bəhrələnirlər. Onu dəyərsizləşdirir və bu qiymətli gövhəri ucuz alətə çevirirlər. Halbuki, qadın nə qədər gizli olarsa, nə qədər örtülərsə bir o qədər çox onun dəyəri artar və cəmiyyətdə əsl yerini tapar.