Ruh unudulmuş, bədənə xidmət edilir və hətta çox zaman sitayiş edilir.

02 Ocak 2015
1 930
0
Ruh unudulmuş, bədənə xidmət edilir və hətta çox zaman sitayiş edilir.
Ruh unudulmuş, bədənə xidmət edilir və hətta çox zaman sitayiş edilir.


Bəli, insan yuxarıdan gələn ruhdan və yerdən olan cəsəddən yaradılmışdır. Bu cəsəd, bu bədən bir evdir, ruh da o evin sahibi və sakinidir. Bədən bir minikdir, ruh isə onun içində səfərə çıxıb. Nə ev öz özünə və özü üçün tikilmişdir, nə də minik öz özünə və özü üçün yaradılmışdır. Ev də, minik də sahibinə xidmət üçün yaradılıb. Amma təəssüf ki, bunların sahibləri xidmətlərindən istifadə etməkdənsə, bunlara xidmət edirlər. Ruh unudulmuş, bədənə xidmət edilir və hətta çox zaman sitayiş edilir. “Nəfsini özünə tanrı edəni gördünmü? Sən ona vəkillikmi edəcəksən? Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar. (Heyvan heyvanlığı ilə öz mənfəətini bilib ona zərər gətirən bir işi görməz. Bunlar isə nə xeyirlərini, nə də zərərlərini anlayarlar).” (Furqan, 43-44).

İnsan həm də bədəndən ibarət olduğu üçün, yer üzündə bədənlə yaşadığı üçün bədəninin də ehtiyacları və istəkləri vardır. İnsan həm ruhdur həm də cəsəddir. Bədənin dünya aləmindən olan ehtiyacları var, ruhun da yüksəklikdən, ruhani aləmdən ehtiyacları var. İnsan ruhunun istəklərini bədəninin tələblərinə uyğun hərəkət etdirsə, o zaman mələklər təbəqəsinə yüksələ bilməz və şeytana çevrilər. Amma İnsan ruhunun və nəfsinin qədrini bilsə, mələklərdən də üstün səviyyəyə yüksələ bilər. Necəki Rəbbimiz Beyyinə surəsinin 7-ci ayəsində buyurmuşdur; “İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.”

Rəbbimiz də bizə oruc tutmağı buyurmuşdur ki, biz bədənimizin aşağılıq, dünyəvilik istəklərinə itaət edərək yaşamayaq. İnsanın şəhvani həvəs və arzuları ona sultan olmasın. Bədəni insanı həbs etməsin.
Rəsulullah (Allahın salam və duası olsun Onun üzərinə) buyurmuşdur ki; “Üç nəfərin duası geri çevrilmir (qəbul olunur). Oruc tutan iftar edincəyə qədər, adil olan başçı və məzlum.”

Ruh unudulmuş, bədənə xidmət edilir və hətta çox zaman sitayiş edilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.