Nafilə (sünnə) namazları
Nafilə (sünnə) namazları, fərz namazlarının nöqsanlarını tamamlaması üçün vacib buyurlmuşdur. Çünki namazdakı fəzilət, digər heç bir ibadətdə yoxdur. Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) belə buyurur: “İnsanların, qiyamət günü əməllərindən ilk hesaba çəkiləcəkləri şey namazdır. Rəbbim mələklərə, -Özü ən yaxşısını bildiyi halda- “qulumun namazına baxın, onu tamamladımı, yoxsa noqsanlı etdi?! Əgər tamamlamışsa savabı tam olaraq yazılıb. Əgər namazında nöqsan buraxmışsa qulumun nafilələrinə (sünnət namazlarına) baxın. Əgər nafiləsi varsa fərzlərini nafilə (sünnə) ilə tamamlayın” deyər. Sonra digər əməllər hesaba çəkilər” (Hədisi Əbu Davud rəvayət etmişdir).
Əbu Umamədən rəvayət edilən hədisdə Peyğəmbər (s.ə.s) belə buyurmuşdur : “Qulun qıldığı iki rükət namazından daha fəzilətli bir şeyə Allah izn verməmişdir. Qul namazda olduqca başının üzərinə yaxşılıqlar saçılıb durar” (Hədisin davamı vardır, hədisi Əhməd, Tirmizi rəvayət etmişdir. Suyuti isə səhihləmişdir) Malik Muvatta əsərində “mənə gələn xəbərə görə Rəsulallah (s.ə.s) belə buyurmuşdur: “Doğru olun. Mükafatınız hesabsız olaraq veriləcəkdir. Biliniz ki, əməllərin ən xeyirlisi namazdır. Dəstəmaza mömindən başqa başqası davam etməz” (Hədisi Muslim rəvayət etmişdir) Rəbia ibn Malik əl Əsləmidən rəvayət edilir ki: “Rəsulallah (s.ə.s) mənə “məndən nə istəyirsən istə” buyurdu. Mən də “Cənnətdə səninlə bərabər olmağı istəyirəm” dedim. Rəsulallah (s.ə.s) “bundan başqa bir şey istəmirsən?” dedi. “Xeyr, bunu istəyirəm” dedim. Rəsulallah (s.ə.s) “Elə isə çox səcdə etmək (namaz qılmaq) surətilə özün üçün mənə köməkçi ol” deyə buyurdu. (Muslim, Səlat 43)
Sünnə namazların evdə qılınmalarının müstəhəb olması
Əhməd və Muslimin Cabir (r.a)-dan rəvayət etdikləri hədisdə Rəsulallah (s.ə.s) belə buyurdu : “Sizdən biriniz məsciddə namazı qıldığı zaman evi üçün də namazlardan bir payı ayırsın. Həqiqətən Allah, evdə qıldığı namazına görə evinə xeyir edər” (Muslim, İbn Macə)
Əhməd ibn Hənbəl Ömər (r.a)-dan rəvayət etdiyi hədisdə Rəsulallah (s.ə.s) belə buyurdu : “İnsan evində qıldığı sünnə namaz bir nurdur. İstəyən evini nurlandırsın”
Abdullah ibn Ömər (r.a)-dan rəvayət edilən hədisdə Rəsulallah (s.ə.s) belə buyurdu : “Namazlarınızdan bəzilərini evlərinizdə qılın. Evlərinizi qəbirlərə çevirməyin” (Hədisi Əhməd, Əbu Davud rəvayət etmişdir)
Sünnə namazlarında rükətin çoxluğu deyil, qiyamın uzunluğu daha fəzilətlidir
Buxari, Muslim, Tirmizi, Nəsai və ibn Macə, Muğirə ibn Şubədən rəvayət etdiklərinə görə, Muğirə demişdir ki : “Rəsulallah (s.ə.s) namaza qalxdığında ayaqları və topquları keyiyənəcən namaz qılardı. “Niyə belə edirsən?” deyə soruşanda “Şükr edən bir qul olmalıyammı?” deyərdi.
Əbu Davud Abdullah ibn Hubşi əl Hasamidən rəvayət etdiyi bir hədisə görə Peyğəmbər (s.ə.s) “Hansı əməl daha fəzilətlidir” deyə soruşulunca, Rəsulallah (s.ə.s) “Namazda qiyamı uzatmaqdır” buyurdu.
Sübh namazının sünnəti
Fəziləti: Sübh namazının sünnətinə davam etmənin fəziləti haqqında bir çox hədis gəlmişdir. Bunları aşağıda göstəririk:
Aişə (r.a)-nun, sübh namazından əvvəlki iki rükət haqqında etdiyi rəvayətdə Rəsulallah (s.ə.s) buyurmuşdur ki : “O iki rükət mənə bütün dünyadan daha sevimlidir” (Hədisi Muslim, Əhməd, Tirmizi rəvayət etmişdir)
Əbu Hureyrə (r.a) rəvayət edir ki, Rəsulallah (s.ə.s) belə buyurmuşdur : “Atlar sizi qovsa belə sabahın iki rükətini tərk etməyin” (Hədisi Əhməd, Əbu Davud, Beyhaki, Tahavi rəvayət etmişdir) Hədisin mənası, üzrü nə qədər şiddətli olursa olsun, istərsə düşmən qovsun, sübhün iki rükətini tərk etməməyiniz deməkdir.
Aişə (r.a) belə deyir : “Rəsulallah (s.ə.s) sübhdən əvvəl iki rükətə davam etdiyi qədər heç bir sünnətə davam etməmişdir” (Hədisi Buxari, Muslm, Əhməd və Əbu Davud rəvayət etmişdir)
Aişə (r.a) rəvayət edir ki, Rəsulallah (s.ə.s) belə buyurur: “Sübhün iki rükəti dünya və içindəkilərdən daha xeyirlidir” (Hədisi Muslm, Əhməd, Nəsai rəvayət etmişdir)
Əhməd və Muslim Aişə (r.a)dan rəvayət etdiklərinə görə Aişə (r.a) : “Rəsulallah (s.ə.s)-in, sübhün iki rükətinə tələsdiyi qədər heç bir xeyrə tələsdiyini görmədim” demişdir.
Yüngül qılması: Rəsulallah (s.ə.s)-in bilinən tətbiqatı, sübhün iki rükətinin qiraətini yüngül edərdi.
Həfzə (r.a)-dən rəvayət edir ki : “Rəsulallah (s.ə.s) sübh namazından əvvəl evimdə iki rükəti çox yüngül olaraq qılardı” demişdir. (Hədisi Buxari, Muslim, Əhməd rəvayət etmişdir) Nafi belə deyir : “Abdullah ibn Ömər də eyni şəkildə yüngül qılardı” (Hədisi Buxari, Muslm, Əhməd rəvayət etmişdir)
Aişə (r.a) belə rəvayət edir: “Rəsulallah (s.ə.s) sübh namazından əvvəl iki rükət qılar, onları çox yüngül edərdi. Hətta Fatihəni oxudu mu, oxumadı mı deyə şübhə edərdim” (Hədisi Əhməd və başqaları rəvayət edir)
Sübhün iki rükətindən sonra Quran oxumaq: Sübhün iki rükətindəki qiraətin Rəsulallah (s.ə.s)-dən gələn şəkli ilə oxunması müstəhəbdir. Bu barədə hədislər aşağıdadır:
Aişə (r.a) rəvayət edir ki : “Rəsulallah (s.ə.s) sübh namazının fərzindən əvvəlki iki rükəti qılma vaxtı, Fatihəni oxuyacaq qədərdir” (Bu hədisi Əhməd, Nəsai, Beyhaki, Malik və Təhavi nəql edir)
Aişə (r.a) rəvayət edir ki : “Rəsulallah (s.əs) sübhün iki rükətində “Qul ya eyyuhəl kafirun” və “Qul huvallahu əhəd” sürələrini oxuyardı. (Hədisi Əhməd, Təhavi rəvayət etmişdir) “Rəsulallah (s.ə.s) bunları Fatihədən sonra oxuyardı. Çünki bilindiyinə görə Fatihəsiz namaz caiz deyil”
Aişə (r.a) rəvayət edir ki : “Rəsulallah (s.ə.s) belə buyurdu: “Bu ikisi nə gözəl surədir” Aişə (r.a) belə deyir: “Rəsulallah (s.ə.s) bu iki surəni, sübh namazından əvvəlki iki rükətdə, yəni sünnətdə oxuyardı” (Hədisi Əhməd, ibn Macə rəvayət etmişdir)
Cabir (r.a) rəvayət edir ki : “Bir adam sübh namazının iki rükətini qılmaq üçün qaxdı. Birincidə “Qul ya eyyuhəl kafirun” surəsini bitirincəyə qədər oxudu. Peyğəmbər (s.ə.s) “Bu qul Rəbbini tanımışdır” dedi. Digər rükətdə “Qul huvallahu əhəd” surəsini bitirincəyə qədər oxudu. Peyğəmbər (s.ə.s) “Bu qul Rəbbinə inanmışdır” buyurdu. Talha (r.a) “Bu iki surəni, bu iki rükətdə oxumaq ən çox sevdiyimdir” demişdir. (Hədisi ibn Hibban, Təhavi rəvayət etmişdir)
Sübh namazının qəzası: Əbu Hureyrə (r.a) rəvayət edir ki, Rəsulallah (s.ə.s) belə buyurdu : “Sübh namazının sünnətini qılmamış olan kimsə günəş doğunca qılsın” (Hədisi Beyhak rəvayət etmişdir, Nəvəvi “hədisin sənədi həsəndir” demişdir” Qeys ibn Amr rəvayət edir ki, o sübh namazına çıxdığında Peyğəmbər (s.ə.s)-i namazda gördü. Sübhün sünnətini hələ qılmamışdı. Rəsulallah (s.ə.s) ilə birlikdə fərz namazını qılıb namaz bitincə qalxıb sünnəti qıldı. Rəsulallah (s.ə.s) yanından keçincə “bu nə namazdır” deyə soruşdu. Sübhün sünnəti olduğunu bildirincə Rəsulallah (s.ə.s) susdu. Heç bir şey söyləmədi (Hədisi Əhməd, inbi Huzeymə, ibni Hibban, Əbu Davud, Tirmizi, ibni Macə rəvayət etmişdir. İraqi “hədisin sənədi həsəndir” demişdir) Buxari, Muslim və Əhmədin İmran bin Huseyndən rəvayət etdiklərinə görə, Rəsulallah (s.ə.s) bir səfərə çıxdığında sübh namazında yatıb qaldılar. Günəşin hərarətilə oyanınca, günəş tam yüksəlincəyə qədər gözlədilər. Sonra müəzzinə əmr edərək azan oxutdu. Fərzdən əvvəl iki rükət qıldı. Sonra qalxdı, fəzi qıldı” (Muslim, Məsacid 55) Hədisin zahirindən anlaşıdlığına görə, sübhün sünnəti günəş doğmadan əvvəl və doğduqdan sonra bir üzrlü və ya üzrsüz fərzdən ayrı olaraq və ya fərzlə bilikdə qəza ediləbilər.