Nəfsini paklayan və saflaşdıran şəxs həqiqi xoşbəxtdir.
Nəfsini paklayan və saflaşdıran şəxs həqiqi xoşbəxtdir.
Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və ailh buyurur:
ما تحت ظل السماء من اله يعبد من دون الله اعظم عند الله من هوي متبع
"Yer üzündə Allahdan başqa sitayiş edilən məbudlarin, bütlərin içində ən böyük büt, itaət edilən nəfsdir."
Əzvaul bəyan 6-cı cild 58-ci səhifə
Deməli, nəfsə pərəstiş və itaət etmək bütə pərəstiş etməkdən daha pisdir.
Başqa sözlə desək pərəstişlərin, sitayişlərin və itaətin ən pisi Nəfsə, yəni nəfsin istəklərinə itaət etməkdir.
Deyirsən söyüş söymə, deyir yaxşı edirəm, mənim ürəyim belə istəyir...
Deyirsən camaatın qeybətini etmə, deyir yaxşı edirəm, mənim ürəyim belə istəyir...
Deyirsən yalan danışma, deyir yaxşı edirəm, mənim ürəyim belə istəyir...
Deyirsən, özünü yaxşı apar, əyninə normal paltar geyin, deyir yaxşı edirəm, mənim ürəyim belə istəyir...
"Ürəyim necə istəyir elə də edirəm" deyənin günahı, pisliyi və cinayəti sevimli Peyğəmbərimizin (s) sözlərinə əsasən daşa pərəstiş etməkdən, bütə pərəstiş etməkdən, ağaca pərəstiş etməkdən, inəyə pərəstiş etməkdən ... daha pisdir.
Odur ki, Nəfsi zəif sanmayaq, Nəfs çox təhlükəlidir.
Nəfsin təhlükəsi bütlərdən daha pisdir, daha qorxuludur, çünki:
1 - Büt bütpərəstdən aralıdır, yəni büt bütxanada olur bütpərəst isə öz evində. Amma Nəfs həmişə səninlədir.
2 - Bütpərəst əsasən işi çətinə düşən vaxtlarda bütxanaya bütün sorağına gedir, amma sən nəfsdən uzaqlaşa bilmirsən, nəfsin əlindən qurtula bilmirsən, sən həmişə nəfs ilə birlikdəsən, Nəfs səni buraxmır.
3 - Büt öz-özlüyündə zərərli deyil, çünki büt insana nə zərər verə bilər nə də xeyir. Amma Nəfsin zərər və ziyanları məlumdur. Nəfs insana günahlar, pisliklər, xətalar, düşmənçiliklər, mərdiməzarlıqlar... etdirməklə insanı ziyan və zərərin içində boğur.. Nəfs zərər və ziyan mənbəyidir.
4 - Büt insanın ona itaət etməsindən narahatdır, məsələn: inəyə və ya ağaca ibadət, itaət edən insanın bu həqərətindən onək də narahatdır ağac da. Qurani-kərim bütün canlı və cansız varlıqların hamısının Allaha itaətdə və təsbihdə olduğunu bildirir. Amma nəfs ona itaət edilməkdən ləzzət alır, yəni nəsfin xoşluq, həzz və ləzzəti insanın ona itaət etməsindədir.
5 - Bütpərəst bütpərəstliyini boynuna alır, amma Nəfsinə pərəstiş və itaət edən şəxs, Nəfsə pərəstiş etdiyini boynuna almır. Deyir: "Mən möminəm" , "Mən Allahpərəstəm."
6 - Büt ona pərəstiş və itaət edəni pis yollara və pis işlərə sürükləmir, amma nəfsin işi insanı pisliklər və şərlərə sövq etməkdən, vadar etməkdən ibarətdir.
Elə isə Əxlaqımızı düzəltməklə Nəfsimizi saflaşdırmağa çalışaq.