Orqanizm neçə yaşdan qocalmağa başlayır?

19 Eylül 2014
1 852
0
Orqanizm neçə yaşdan qocalmağa başlayır?

Orqanizm neçə yaşdan qocalmağa başlayır?

Mütəxəssislər orqanizmin neçə yaşdan etibarən qocalmağa başladığını hesablayıblar.

Anspress-in məlumatına görə, mütəxəssislər müəyyən ediblər ki, qocalma – mielinin adlı maddənin əmələ gəlməsindən birbaşa şəkildə asılıdır. Bu maddə sinir hüceyrələrini əhatə edərək onları qoruyur. 40 yaşa çatanda orqanizmdə mielinin istehsalı azalır. Bu da beyinin, ürəyin fəaliyyətinə mənfi təsir göstərir. Bundan başqa, əzələlərin elastikliyi də azalır.

“Vek”in yazdığına görə, əgər mielin güclü zədələnibsə, bu, skleroz xəstəliyinin yaranmasına səbəb olur. Ümumiyyətlə, mielinin istehsalının azalmasının qarşısını almaq mümkün deyil. İdman və düzgün qidalanma sağlamlığa müsbət təsir göstərir, amma ömrü uzatmır.

Bir qrup mütəxəssislərin fikrincə, qocalmanı dəqiq müəyyənləşdirmək mümkün deyil. Lakin bəziləri də düşünür ki, bir neçə amil uzunömürlülüyə təsir edə bilər. Məsələn, gec yaşda dünyaya uşaq gətirmək ömrün uzanmasına kömək edə bilər. Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, düzgün qidalanma, idman və yuxu qocalmanın qarşısını hüceyrə səviyyəsində ala bilər. Sağlam həyat tərzi stress zamanı neqativ təsiri neytrallaşdırır və orqanizmin normal fəaliyyətini saxlamağa kömək edir.

Qocalmanın və yaşlılıq xəstəliklərinin qarşısını almağın daha bir üsulu AMPK geninin fəallaşdırılmasıdı. Əgər bu üsul özünü doğrultsa, ürək, qan-damar, xərçəng, Alzheimer və Parkinson xəstəliklərinin dərmanını axtarmağa da ehtiyac qalmaz. Belə ki, bu gen sayəsində xəstəliklərin hüceyrə səviyyəsində inkişafı dayandırılacaq.


EdiT By: Bash _BeLasi ッ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.