Ömrünün uzadılması üçün 3 möhtəşəm dərman preparatı

16 Eylül 2014
1 506
0
Ömrünün uzadılması üçün 3 möhtəşəm dərman preparatı
Ömrünün uzadılması üçün 3 möhtəşəm dərman preparatı


Dünyada bir çox alimlər insanın ömrünü uzatmaq və qocalmanı ləngitmək üçün effektiv dərman preparatının hazırlanması üçün çalışırlar. Feat.Azın məlumatına görə, onların arasında bir neçə dərman var ki, alimlər onu perspektiv preparat kimi dəyərləndirirlər.

Rapamisin

Bu dərman preparatını Pasxa adasında yaşayan bakteriya göbələklərin böyüməsinin qarşısını almaq üçün ifraz edir. Qocalma, primitiv desək böyümənin davamıdır. Göbələklər böyüməyəndə daha uzun ömürlü olur. Rapasinin iş mexanizmi aşağı kalorili pəhrizə oxşayır. Bəxtimiz gətirib ki, bu preparat təkcə göbələklərdən əlavə, məməlilərə də təsir edir. Lakin bu preparat böyümənin qarşısını aldığı üçün yalnız yaşlı insanlara faydalı ola bilər. Hələ ki, bunu orqanların köçürülməsi zamanı immuniteti yatırmaq üçün istifadə edirlər.

Metformin


Bu preparat şəkərli diabetin müalicəsi üçün istifadə edilir. Metroformin 60 illik istifadədə heç bir əks effekt göstərməyib. Bu dərman ilk dəfə Rusiyada ixtira edilib. Bu yaxınlarda məlum olub ki, preparat ömrü də uzadırmış. Hətta xərçəng və ürək-damar xəstəliklərinin qarşısını da alır.

Hialuron turşusu


Bu turşunu köstəbək ifraz edir. Onun hüceyrələri uzun və kiçik formaya malikdir. Kiçik forması kosmetik məsələlərdə - üzünün qırışlarını aradan aparmaq üçün istifadə olunur. Laklin bu hüceyrə iltihaba da səbəb ola bilər. Uzun forması isə xərçəng xəstəliklərinin müalicəsi və qocalmanın ləngidilməsi üçün istifadə edilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.