Saç ekzeması nədir,niyə yaranır?

06 Aralık 2015
1 331
0
Saç ekzeması nədir,niyə yaranır?
Saç ekzeması nədir,niyə yaranır?

Saç ekzeması nədir,niyə yaranır?

Saç ekzeması ekzema xəstəliyinın bir növüdür. Daha çox saç diblərində və qaşlarda rast gəlinir.

Yeniyetməlik dövründə və 40-dan yuxarı yaşı olanlarda müşahidə edilir.

Türkiyəli həkim Cansel Köse Gürer saç ekzemasının səbəblərindən və ondan müalicə yollarından bəhs edib.

Həkimin sözlərinə görə, saç ekzemasını tanımaq elə də çətin deyil.

"Əvvəlcə adi sızanağa oxşasa da bir müddət sonra dəri qızarır və üzərində ağ və ya sarı kəpəklər görünür.

Saçları çox kəpəklənən insanlar bəzən günahı istifadə etdikləri şampunda görürlər. Ancaq saçda kəpək yarananda saç dərisinə nəzər yetirmək lazımdır. Əgər saç ekzemasını xatırladan qızarıqlıqlar varsa, dərhal həkimə müraciət etmək lazımdır. Saç ekzeması bəzən kiçik bir bölgədə görülür və hətta öz-özünə yoxa çıxa bilir. Ancaq bəzən də tədbir görülmədiyi təqdirdə bütün saç dərisini örtür”.


Həkimin sözlərinə görə, kişilərin bu xəstəliyə yaxalanmaq riskləri daha çoxdur.

Xəstəliyin səbəbi tam olaraq bilinmir.

Genetika, stress, mövsümi dəyişikliklər, immunitetin zəifliyi saç ekzeması riskini artırır.

Bahar aylarında saç ekzeması daha çox müşahidə edilir.

Saç ekzemasından xilas olmaq üçün dərmanlar mövcuddur.

Əgər daha ciddi formaya keçməyibsə, özəl şampunlar və kremlər tövsiyə edilir.

Ancaq xəstəlik yayılıb daha təhlükəli hal alıbsa, daxilə qəbul edilən həblərdən istifadə etmək lazımdır.

Saç ekzemasını özbaşına müalicə etməyə çalışmayın. Həkimə müraciət edərək 2 həftə kimi qısa müddətdə bu problemdən xilas ola bilərsiniz.


Saç ekzeması nədir,niyə yaranır?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.