Bu tərz əyləşməyin zərərləri

08 Mayıs 2016
1 474
1
Bu tərz əyləşməyin zərərləri
Bu tərz əyləşməyin zərərləri

Ən çox istifadə edilən oturma formalarından biri də ayaqları bir-birinin üstünə aşırmaqdır. Bəs görəsən bu cür oturmağın zərəri varmı? Mütəxəssislər bəzi risklər olduğunu diqqətə çəkiblər.


Demə, ayaqları bir-birinin üstünə aşırdıqda təzyiq qalxır, normal formada oturduqda isə təzyiq əvvəlki halına dönür. Ən çox artım isə yüksək təzyiq müalicəsi alan insanlarda müşahidə edilir. Mütəxəssislər buna dair iki şərhi qarşıya-qarşıya qoyurlar. Birincisi, bir dizi digərinin üzərinə atanda qıçlardakı qan sinə bölgəsinə yönələrək ürəkdən daha çox qan nasoslanmasına səbəb olacaq. Bu isə təzyiqin yüksəlməsinə səbəb olur. İkincisi isə, oynaqları hərəkət etdirmədən qıç əzələlərinin hərəkət etməsi damarlardan keçən qanın damar üzərindəki təzyiqinin artırmasına səbəb olur. Qısası, ayaqları bir-birinin üzərinə atdıqda daha çox qan ürəyə getdiyi üçün təzyiq yüksəlir. Düzdür, bu artım müvəqqəti olur. Lakin qan laxtalanması riski olanlara uzun müddət bu cür oturmaq məsləhət deyil. Qan damarlarındakı kiçik qapaqcıqlar qanın yanlış istiqamətə axmasının qarşısını alır. Bunlar zəifləyib gərildiyində qan yığılması və damar genişləməsi nəticəsində yaranan problemlər ortaya çıxır. Təbii ki, bu problemin ortaya çıxmasında yeganə faktor ayaqları bir-birinin üstünə aşırmaq deyil. Çox zaman genetik faktorların da təsiri var. Araşdırma sübut edib ki, bu formada üç saatdan çox oturanların önə əyilib çiyinlərini irəliyə doğru bükmə meyli daha çoxdur.

Qısacası, bu cür oturmaq sizə rahatdırsa oturun, ancaq uzun müddət olmamaq şərti ilə.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. sevgi^_^
    Cox vxt demey olsr bu tip otururam hec melumatim yox idi ziyan olacaginida hec bilmirdim twkler indi bilmiw oldum
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.