Hər gecə yatmazdan qabaq etdiyiniz 6 böyük səhv

31 Mart 2017
1 724
0
Hər gecə yatmazdan qabaq etdiyiniz 6 böyük səhv
Hər gecə 8 saat yatmağı kim istəməz ki? Günümüzdə bir çox insanda xarici faktorlarla bağlı yuxu problemləri ortaya çıxır, amma digər tərəfdən fərqində olmadan yuxumuzu özümüz də poza bilərik

Otağınızın temperaturunu yoxlamırsınız.
Yataq otağınız doğru istilikdə olduğu zaman yuxuya da daha asan gedə bilərsiniz.

Özünüzə uyğun yastıqdan istifadə edin.
Yana doğru yatmağı sevənlər boyunlarını dəstəkləmək üçün daha hündür yastıqları, arxası üstə yatanlar isə daha nazik yastıqları seçməlidirlər.

Yataq örtüyünü uzun müddət dəyişdirmirsiniz.
Kənardan baxdıqda təmiz görünsələr də, bir ay ərzində dəyişdirilməyən mələfələrdə hər kvadrat metrlik sahəyə 11 milyon bakteriya düşür.

Təxirə sala bilmək üçün xatırladıcınızı daha erkən saata qurursunuz.
Hər səhər xatırladıcı çaldıqdan sonra təxirə salıb yatmağa davam edənlərdənsinizsə, təəssüf ki, o təxirə saldığınız 5 dəqiqələr işə yaramır. Belə təxirə salmalar bədəni daha da yorur və oyanmağı çətinləşdirir.

Rahat yatmaq üçün alkoqol qəbul edirsiniz.
Alkoqol yuxuya getməyi asanlaşdırırmış kimi görünsə də, əslində bədənimizi daha çox yorur və yenilənmiş şəkildə oyanmağımızın qarşısını alır.

Ev heyvanlarınızın yatağınıza çıxmasına icazə verirsiniz.
Ev heyvanlarımız ailəmizin bir üzvü olduğu üçün hər şeyimizi bölüşdüyümüz kimi yatağımızı da onlarla bölüşürük. Ancaq araşdırmalara əsasən heyvanları ilə birlikdə yatanlarda dincələ bilməmək kimi problemlərə rast gəlinir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.