Pəhrizə Başlamadan Əvvəl Bunlara Diqqət Edin!

01 Mayıs 2017
1 394
0
Pəhrizə Başlamadan Əvvəl Bunlara Diqqət Edin!
Həqiqətən tam bir əzm və iradəylə arıqlamağa hazırsınızmı? Deyilsinizsə əvvəl ruhi və zehni olaraq hazırlanın.

Pəhrizə Başlamadan Əvvəl Bunlara Diqqət Edin!
Feat.Az bildirir ki, Bir başqası üçün faydalı və ya təsirli ola bilən pəhrizlər sizin üçün eyni dərəcədə müvəffəqiyyətli olmaya bilər. Pəhrizi seçərkən yaş, cinsiyyət, tibbi xüsusiyyətlər və bədən tipinizi nəzərə alın!

Pəhrizə Başlamadan Əvvəl Bunlara Diqqət Edin!
Pəhriz üçün lazım olan yeməkləri əvvəldən hazırlayın.

Pəhrizə Başlamadan Əvvəl Bunlara Diqqət Edin!
Yalnız pəhriz saxlamaqla arıqlamaq mümkün deyil. Pəhrizlə birlikdə mütləq nizamlı hərəkət edin. Ayrıca masajın, təbii-bitki mənşəli preparatların, çayların, ədviyyatların, psixoloji dəstəklərin və lazım olduğunda köməkçi arıqlama alətlərinin də əhəmiyyəti böyükdür.

Pəhrizə Başlamadan Əvvəl Bunlara Diqqət Edin!
Heç bir pəhriz tək başına möcüzə deyil. Səbirlə və sistemli şəkildə tətbiq olunduğunda işə yarayar. Artıq bir sistemi seçdiniz mi həkim nəzarəti altında davam edin. Siz bir Hollywood Ulduzu və ya Uzaq şərqdə bir aşramda (təkkə) yaşayan bir dərviş deyilsiniz! Öz ölkənizin şərtlərinə, vərdişlərinə, dini xüsusiyyətlərinə və genetik quruluşuna uyğun, ölkəmizin öz həkimlərinin tibbi təcrübələri və müşahidələrinə əsaslanan sistemlərə güvənin.

Pəhrizə Başlamadan Əvvəl Bunlara Diqqət Edin!
Əgər bir adam sağlam və şüurlu şəkildə qidalanmağı vərdiş halına gətirir və ya yaşam tərzina çevirə bilirsə o zaman müvəffəqiyyət əldə edər və verilən kilolar geri alınmaz. Ancaq yalnız yaya gözəl və incə daxil olmaq üçün müəyyən bir dövr arıqlamağı qarşısına məqsəd qoyub sonra təkrar səhv qidalanma və ya rejimsiz həyat tərzinə geri dönürsə 'Yoyo Sindromu' deyilən vəziyyətlə qarşı-qarşıya qalacaq. Tez-tez kökəlib arıqlamaq maddələr mübadiləsinə ciddi ziyan vura bilir.

Pəhrizə Başlamadan Əvvəl Bunlara Diqqət Edin!
Artıq bu gecə yatmadan əvvəl sabah pəhriz və Arıqlama proqramına başlayıram deyə konsentrə olun, geriyə doğru 5 dəqiqə rahatca söykənin, gözlərinizi yumun və 2 ay sonra özünüzü olduğunuzdan daha gözəl, sağlam və gözəl xəyal edin. Bu xəyalı zehininizə yazın və təbiətdən, sizi yaradandan enerji çəkin, dəstək və motivasiya istəyin. Siz istəməyi bilsəniz hər zaman ana qaynaq və yaradan sizə bəxş etməyə hazırdır. İndidən hamınıza uğurlar!

Əliyeva Günay
Feat.Az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.