Astmanın dərmanı: şam qozasının mürəbbəsi - HAZIRLANMA QAYDASI
Şam qozaları dəmləmə şəklində istifadə olunur. Bundan başqa ondan mürəbbə də hazırlanır. Ailem.az şam qozası mürəbbəsinin hazırlanma qaydasını təqdim edir. Resepti həkim Mahir Orucov şəxsi facebook səhifəsində paylaşıb.
Qeyd edək ki, şam qozalarının əsasən may ayının sonunda, təzə-təzə yığılması məsləhətdir.
Qozalar təmiz yuyulur, dörd yerə bölünür.
Üzərinə çıxana qədər qaynar su tökülür və 10 saat ağzı bağlı saxlanılır. Sonra qaynadılır, yenə 10 saat soyudulur. Bu proses 3 dəfə təkrarlanır. Sonda qozaların yığıldığını görəcəksiniz. Qozaları sudan çıxarıb atın, suyuna uyğun - 1 litrə 1 kq şəkər tozu əlavə edin, təxminən bir saat bişirin. Yəni bu mürəbbənin ancaq suyu bəhməz kimi istifadə olunur.
Mürəbbə dərman qədər təsirli olduğundan gün ərzində sadəcə 1-2 qaşıq çaya, suya əlavə edib içmək olar.
Şam qozasının mürəbbəsi öskürəyə, ciyərlərə, bronxlara olduqca xeyirlidir, hətta astma xəstəliyini müalicə edir.