Sağlamlığa açılan yaşıl işıq - YAŞIL QƏHVƏNİN FAYDALARI

24 Temmuz 2017
1 395
0
Sağlamlığa açılan yaşıl işıq - YAŞIL QƏHVƏNİN FAYDALARI
Yaşıl qəhvə son illərdə dünyanın bir çox ölkələrində ən çox istifadə olunan içkilərdən birinə çevrilib. Əvvəllər yaşıl qəhvəni əldə etmək çətin idisə, hazırda şəhərimizin demək olar ki, bütün marketlərində onun bir çox növləri alıcılara təqdim olunur.
Yaşıl qəhvə adi qəhvədən nə ilə fərqlənir? Bu içkinin orqanizmə hansı faydaları var? Feat.Az modern.az-a istinadən mövzu ilə bağlı yazını təqdim edir.


Yaşıl qəhvənin adi qara qəhvədən əsas fərqi odur ki, o qovrulmamış, heç bir kimyəvi emala məruz qalmamış, çiy, 100 faiz təbii məhsuldur. Məhz buna görə də yaşıl qəhvədə antioksidantların, vitaminlərin, amin turşularının, orqanizm üçün faydalı olan digər maddələrin miqdarı qara qəhvənin tərkibindəkindən daha çoxdur. Bu baxımdan yaşıl qəhvə orqanizm üçün daha xeyirlidir.

Bu içkinin əsas faydalı xüsusiyyətlərindən biri qara qəhvədən fərqli olaraq yüksək temperaturda emal olunmadığına görə tərkibində xlorogen turşusunu saxlamağındadır. Xlorogen turşusu güclü antioksidantdır. Məlum olduğu kimi, antioksidantlar orqanizmdə sərbəst radikalları məhv edir. Orqanizm tərəfindən antioksidant maddələr lazımi miqdarda qəbul edilmədikdə sərbəst radikalların fəallığı nəticəsində xərçəng, ürək xəstəlikləri, damarların kirəcləşməsi, yüksək təzyiq kimi xəstəliklərə tutulma riski artır, orqanizmdə vaxtsız qocalma prosesi gedir. Yaşıl qəhvə orqanizm üçün bu təhlükəli hallarla mübarizədə ən yaxşı vasitələrdən biri sayıla bilər.

Qəhvənin tərkibində olan əsas komponentlərdən biri kofeindir. Kofein yaşıl qəhvənin tərkibində də var. Bir-iki fincan yaşıl qəhvə insana gümrahlıq gətirir, enerji verir, ruh yüksəkliyi yaradır, zehni fəaliyyəti yaxşılaşdırır, yaddaşı möhkəmləndirir.

Yaşıl qəhvə orqanizmdə maddələr mübadiləsini tənzimləyir, piylənmənin qarşısını alır. Artıq çəki ilə mübarizə aparanlar üçün bu içki olduqca effektlidir. Arıqlamaq üçün pəhriz saxlayanlar qida rasionlarına yaşıl qəhvə daxil edərlərsə, onlar istədikləri nəticəni daha tez əldə edərlər. Yaşıl qəhvə orqanizmdə doyma hissi yaradır. Gün ərzində üç dəfə əsas qida qəbulundan 20-30 dəqiqə əvvəl bir fincan yaşıl qəhvə içməklə asanlıqla iştahanın qarşısını almaq mümkündür.

Yaşıl qəhvənin orqanizm üçün aşağıdakı digər faydaları da var:

1. Qanda xolesterinin və şəkərin miqdarını normallaşdırır.

2. Orqanizmi ultrabənövşəyi şüalanmadan qoruyur.

3. Qan dövranını yaxşılaşdırır.

4. Daxili sekresiya vəzilərinin işini normallaşdırır.

5. Həzm sisteminin fəaliyyətini tənzimləyir.

6. Sümük və əzələləri möhkəmləndirir.

7. Baş ağrılarını götürür.

8. Sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir.

9. Saçların möhkəmlənməsi və inkişafına kömək edir.

10. Artıq mayenin orqanizmdən çıxarılması yolu ilə şişləri çəkir.

Yaşıl qəhvədən qədərindən artıq istifadə etmək orqanizmdə ciddi problemlərə səbəb ola bilər. Buna görə də bu içkidən gün ərzində 2-3 kiçik fincan içməklə kifayətlənmək lazımdır. Əgər bu içkinin qəbulundan sonra narahatlıq hiss olunarsa ondan imtina etmək və həkimlə məsləhətləşmək gərəkdir. Ən başlıcası isə yaşıl qəhvədən o dərəcədə istifadə etmək lazımdır ki, asılılıq yaranmasın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.