Boğazınız ağrısa.

03 Kasım 2014
2 481
0
Boğazınız ağrısa.
Boğazınız ağrısa.

Oxşar və Fərqli

Faringit, tonzillit, laringit... Lap şeirə oxşayır. Gözəl ahəngi var, mahnı kimi səslənir. Amma bu xəstəliklərlə mahnı oxumaq olmaz. Nəfəs xırıldayıb fışıldayır, səs boğluqlaşır, öskürək tutması adamı bezdirir. Bu azmış kimi, dalınca da ümmumi nasazlıq başlayır... Bu adların sonundakı it şəkilçisi latın sözüdür, iltihablaşma deməkdir. Sözlərin qalan hissəsi isə iltuhablaşan orqanların adıdır. Beləliklə, tonzilit badamcıq vəzinin, laringit qırtlağın, faringit isə udlağın iltihablaşması deməkdir.

Saymazcasına yaşamayın

Kəskin faringit müxtəlif ağırlaşmalar yaradır, çünki soyuqlayanda lazımi tədbirlər görülmür. Faringitin nəyi pisdir?Boğaz quruyub göynəyir və gicişir, udqunmaq əzaba çevrilir. Kəskin faringitin müalicəsi güclü tərləməyə postensialı olan dərman bitkiləri ilə aparılır. Allaf, qaraağac, cökə və söyüd yarpaqları, bataqlıq gördəvəri bu baxımdan çox xeyirlidir. Onların təsiri sayəsində nəinki iltihablaşma, həm də ümumi intosikasiyanın təzahürü azalır. Bu bitkilərdən hazırlanmış məhlulu kiçik qurtumla, amma yarım saatdbir qəbul etmək lazımdır. C vitamini ilə zəngin olan başınağacı və qara qarağat, itburnu, quşüzümü giləmeyvələri və mərsin yarpağı faringiti dəf etməkdə daha çox faydalıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.