Səhər acqarına 1 çay qaşığı bal yemək üçün 5 SƏBƏB

22 Şubat 2018
1 385
0
Səhər acqarına 1 çay qaşığı bal yemək üçün 5 SƏBƏB
Balın faydalı və müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. Bal unikal məhsuldur. Düzgün saxlanan bal xarab olmur, onun yararlıq müddəti, demək olar, sonsuzdur.

Arxeoloqlar qazıntılar zamanı yaşı min ildən çox olan bal tapırdı. Maraqlıdır ki, əsrlər əvvəl yığılmış bu bal xarab olmayıb və bütün faydalı xüsusiyyətlərini saxlayıb.

Qədimdə bal yara, xora və yanıqların müalicəsində çox geniş istifadə olunurdu, balın köməyi ilə soyuqdəymədən tutmuş epilepsiya və xərçəngə qədər bütün xəstəlikləri müalicə edirdilər.

Bal həqiqətən çox güclü müalicəvi və profilaktik vasitədir. Səhər acqarına 1 çay qaşığı bal yemək xüsusilə faydalıdır.



1. Bal həm orqanizmin ümumi immunitetini, həm də ağız boşluğunun selikli qişalarının yerli immunitetini möhkəmləndirir ki, bu da bizi qripp və soyuqdəymə xəstəliklərindən qoruyur.



2. Bal bağırsaqlara antiseptik təsir edir, burada yaşayan zərərli mikrobları öldürür.



3. Qəbizliklə mübarizə etməyə kömək edir.



4. İnsana əlavə enerji verir, daha gümrah edir, orqanizmin tonusunu və iş qabiliyyətini artırır.



5. Ağız boşluğunda yaşayan mikrobları öldürür, angina xəstəliyinin qarşısını alır.



Balı ağız boşluğunda tam əriyənə qədər saxlamaq lazımdır. Mədə xəstəlikləriniz varsa, balı suda həll edib için.
saglamolun.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.