Ayaq tərləməsinin qarşını alan TƏBİİ ÜSULLAR

27 Şubat 2018
1 764
0
Ayaq tərləməsinin qarşını alan TƏBİİ ÜSULLAR
Ayaq tərləməsinə adətən yay aylarında rast gəlinsə də, bəzi şəxslərin ayağı qış aylarında da tərləyir. Əslində ayaq tərləməsi çox bəsit görünə bilər, amma bu, bəzi ciddi problemlərin xəbərçisi ola bilər. Artıq çəki, diabet, sinirlilik halı, ürək və ağciyər xəstəlikləri, dərman istifadəsi, hamiləlik, menopauza, hipertiroid kimi narahatlıqlar da ayaq tərləmələrinin ən böyük səbəblərindən ola bilər. Feat.Az problemdən yaxa qurtarmaq üçün təbii reseptlər verir.



Ayaq tərləməsinə sirkə



Hər gün mütəmadi olaraq bir stəkan ilıq suya iki çay qaşığı sirkə töküb içmək ayaqlarınızdakı tərləmə problemini aradan qaldırmağa kömək olacaq.

Buna alternativ olaraq, bir ləyən suya əlavə ediləcək bir neçə qaşıq sirkədə ayaqlarınızı saxlamağınız da ayaq tərləməsi və buna bağlı olaraq yaranan ayaq qoxusunun qarşısını ala bilər.



Pomidor suyu



Bir, ya da iki pomidoru əzərək ayaqlarınıza sürtə bilərsiniz. İlıq su ilə yuyub duruladığınızda bir neçə gün ərzində aradakı fərqi görəcəksiniz.



Kartof




Əzilib suyu çıxarılan çiy kartof ayaqlara vurulub saxlandıqda eynən pomidor kimi, tərkibindəki enzimlər sayəsində ayaqlarınızdakı tərləməni azaldacaq.



Qarğıdalı nişastası və soda



İlıq su ilə yuduğunuz ayaqlarınızı qarğıdalı nişastası və soda qarışımı ilə ovub bir saat saxlayın. Sonra duruladığınızda ayaq tərləməsi probleminizin qarşısını almış olacaqsınız.



Qara çay



Qara çayın tərkibindəki tannik turşusu dəmlənmiş və süzülmüş çay yarpaqları ilə ayaqlara masaj edildiyində dəriyə keçir və qoxu problemini bir xeyli azaldır.



Kakos yağı



Kakos yağının anti-bakterial özəlliyi var. Ayaqlarınızı yatmazdan öncə bu yağla ovduğunuzda tərləmə probleminiz aradan qalxacaq.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.