Keyfiyyətsiz yuxu nələrə səbəb ola bilir?
Mütəxəssislər az və keyfiyyətsiz yuxunun orqanizm üçün patoloji problemlərə səbəb olduğunu söyləyirlər. Əslində alimlər keyfiyyətsiz yuxunun orqanizmdə müxtəlif səbəblər üzündən baş verdiyini qeyd edirlər.
Feat.Az immunitet.az-a istinadən bildirir ki, mütəxəssislər 47000 adam arasında araşdırma aparmış və yuxu pozğunluqları olan adamların əksəriyyətinin koronar arteriyalarında patologiya olduğunu qeyd etmişlər.
Koronar arteriyalarda patologiyaların əmələ gəlməsi orada kalsiumun qeyri-normal olması ilə əlaqədar ola bilir. Bu da arteriyalarda işemiyanın və ürək xəstəliklərinin əmələ gəlməsinə səbəb olur.
Araşdırmalar sutkada 5 saat və ondan az yatan adamlarda arteriya damarlarının patologiyası 7 saat yatanlardan 2 dəfə çox olduğunu göstərmişdir.
Müxtəlif araşdırmalar sağlam həyat tərzi keçirmək istəyənlərə gün ərzində ən azı 9 saat yuxu yatmağı məsləhət bilirlər.