Dietaların zərəri

07 Kasım 2018
1 398
0
Dietaların zərəri
Qadınların bəziləri tez və səmərəli çəki itirmək barədə daim düşünürlər. Bəzi kişiləri də bu maraqlandırır. Qeyd etmək lazımdır ki, hər il belə insanların sayı daim artır. Hazır qida (fastfud, fri və s.), şəkər ilə olan yeməklər və digər zərərli sayılan qidalar klinik piylənmə və selülit şəklində bir çox pis effekt verə bilər. Diyetaların zərəri barədə bu məqalədə sizə daha ətraflı məlumat verək.

Təcrübə göstərir ki, diyetalar çox nadir hallarda uzunmüddətli təsir verir. Çox tez-tez olur ki, pəhriz saxlayan hər bir şəxs hətta bəzi müvəqqəti uğurlara nail olsada, bir daha sonra yenə kökəlir, və çəkisi əvvəlki çəkidən daha da artıq olur.

Əsas biclik

Feat.Az
meslehetdir.com-a istinadən bildirir ki, müasir qida elmin problemi ondan ibarətdir ki, bu gün yalnız tənbəl olmayan hər kəs tərəfindən cürbəcür diyetalar yazılır. Uzun və olduqca çətin olan Pyer Dükanın diyetası istisna olmaqla, qalan diyetalar bədən üçün çox ağır və zərərli olan diyetalardır.

Hər hansı bir maddə tam istisna olmaqla diyeta (ən çox - yağ və ya sadə karbohidratlar) prinsipcə yolverilməzdir. Belə olduqda bədən qadağan olan qidaların tərkibində olan faydalı maddələri almır və xəstələnməyə başlayır, və bəzən çox ciddi xəstəliklər ilə üzləşir. Həmçinin gündəlik 1-2 kiloqram itirən diyetalara şübhə ilə yanaşmaq lazımdır. Sağlam adam belə üsul ilə çəki itirə bilməz - belə ki, yalnız uzun sürən diareya və susuzlaşdırmadan əziyyət çəkən insan belə arıqlaya bilər!

Belə bir diyetalar - bədən üçün şiddətli bir stressdir. Artıq diyetanın ikinci günündən başlayaraq insanın otqanizmi diyetaya qarşı "immunitet" yaradır: çox bioloji funksiyalar dayanır, bədən az enerji itirir və daha diqqətlə yağ toxumalarını yandırmağa başlayır.

Adətən bu halda nə baş verir? Diyeta, hansı ki insana çəkidə gündəlik iki kiloqrama qədər itirməyə söz verir, artıq özünü doğrultmur və insan yeni bir diyeta axtarmağa başlayır. Diyetalar arasında dövrdə isə insan köhnə qayda ilə qidalanır. Bədən, son aclıq aksiyasını xatırlayaraq, doldurmağa və hətta yağ toxumalarını toplamağa başlayır.

Diyet saxlamadan arıqlamaq necə olar

Çıxış yolu çox sadədir. Diyetaların vasitəsi ilə orqanizm artıq cəkidən azad ola bilmirsə, sadəcə olaraq enerjinin istehlakini artırmaq lazımdır. Belə olduqda, bütün qida birbaşa enerjiyə çevriləcək. Bu o deməkdir ki, diyetalara əla alternativ hər hansı bir hərəkətli idman növüdür.

Bununla yanaşı qidada özünüzü məhdudlaşdırmayın. Sadəcə olaraq karbohidratların əvəzinə zülal yeməyə çalışın: onlar daha asan sorulur və əzələ toxumaların artırılmasında iştirak edir. Bədəndə olan piy yavaş-yavaş azalacaq, çünki orqanizm aclıq təhlükəsi hiss etmədən, tər ilə onu sakitcə bədəndən çıxaracaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.