Badam nəyə görə ən faydalı qida sayılır?

13 avqust 2019
121
0
Badam nəyə görə ən faydalı qida sayılır?
Badamın faydaları haqda məlumatlı olanlar yəqin ki, çoxdur. Bu barədə çoxlu sayda məlumatlar açıqlanır. Son zamanlar isə badam dünyanın en faydalı qidası adlandırılır. Alimlər hesab edirlər ki, bir çox faydaları ilə bərabər badam tərkib etibarilə ən qidalandırıcı, möcüzə yarada bilən məhsuldur.

Bəs nəyə görə badam ən faydalı qida sayılır?

Feat.Az
bildirir ki, bir ovuc badamda cəmi 163 kalori var, onun tərkibində zeytun yağında olduğu kimi doymamış yağlar toplanıb. Hətta cəmi 3-4 ədəd badamda bir desert qaşığı zeytun yağında olduğu qədər kalori var. Badamın tərkibində Omeqa yağları kimi çoxlu sayda doymamış yağ, protein, lif var. Badam bu baxımdan ürəyin sağlamlığı üçün ən vacib olan, xolesterinlə mübarizə aparan qida, çoxsaylı faydalı maddələrin mənbəyidir.

Bir ədəd badamın tərkibində çoxlu miqdarda antioksidantlar, potasium toplanıb. Badamı qovrulmamış, çiy şəkildə yemək daha faydalıdır. Bu, stresi də azaldır.

Bir ovuc badam yemək gündəlik maqnezium ehtiyacınızın 20 faizini ödəmək deməkdir.

Maqnezium çatışmazlığı olanlar badam yeməklə bunu aradan qaldıra bilərlər.

Badam həmçinin dərini qorumaq, qan təzyiqini normada saxlamaq, qanda şəkərin miqdarını tənzimləmək, sümükləri gücləndirmək, damarda sərtliyin, xərçəng hüceyrələrinin yaranmasının qarşısını almaq kimi xüsusiyyətlərə də malikdir.

Yüksək kalorili olsa da, uzun zaman tox saxlaya bilmək baxımından badam artıq çəkidən xilas olmağa da yardım edir.
Mənbə:e-tibb.az
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (27)
21:00
682

Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (27)

20.08.2019 Gündəlik Bürclər (20 Avqust 2019 Günlük Bürclər)
20:00
1 887

20.08.2019 Gündəlik Bürclər (20 Avqust 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (236)
19:00
763

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (236)

Həyatımın Qadını Yazılı Şəkilləri 2019 (25)
18:00
614

Həyatımın Qadını Yazılı Şəkilləri 2019 (25)

4 ƏDVİYYATLA MÖCÜZƏ - yaddaşa müsbət təsir edir
17:00
130

4 ƏDVİYYATLA MÖCÜZƏ - yaddaşa müsbət təsir edir

Poçt Qutusu Yazılı Şəkilləri 2019 (2)
15:00
659

Poçt Qutusu Yazılı Şəkilləri 2019 (2)

Siqaret kötükləri təbiəti məhv edir və...
14:00
63

Siqaret kötükləri təbiəti məhv edir və...

Bürclər Haqqında Maraqlı Məlumatlar (578) - Fotolar
13:00
492

Bürclər Haqqında Maraqlı Məlumatlar (578) - Fotolar

Daban çatları üçün təbii müalicə
12:00
167

Daban çatları üçün təbii müalicə

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 531 İRƏLİ