Bu dəri xəstəlikləri günəşi sevmir – Qaralmaq olmaz

01 Ağustos 2019
171
0
Bu dəri xəstəlikləri günəşi sevmir – Qaralmaq olmaz
Yay fəslində insanlar dərilərini günəşdə qaraltmaqla həm möhkəmlənmək, həm D vitamini almaq, həm də xoşagəlimli bürüncü rəng əldə etmək istəyirlər. Amma Heç də hamının dərisinə gün faydalı deyil. Son illər elm adamları günəş şüalarının insan dərisinə mənfi təsiri barədə xəbərdarlıq edir: Aşırı gün şüası, ultrabənövşəyi şüalar vaxtından əvvəl qocalma, dermatoz, dəridə iltihabi proseslər, dəri xərçəngi melanomaya belə səbəb olur.

Feat.Az
hansı dəri xəstəliklərinin günəşi sevmədiyini təqdim edir. Bu problemləri olanlar ehtiyatlı olmalıdır.

-Ekzema

Çox geniş yayılmış dəri iltihabi xəstəliyi olub, dərinin səpməsi, qızarması, qıcıqlanması və qaşınmasıdır. Çox vaxt xroniki olur.
Bəzən ilkin mərhələdə gün işığı və istiliyi dərinin ekzemalı sahələrinə müsbət təsir edir, bir şərtlə ki, insolyasiya dəqiq və lazımi miqdarda olsun.
Çox hallarda isə isti hava və gün ekzemanın kəskinləşməsinə səbəb olur. Bu ona görə baş verir ki, dəri bu havada daha çox maye itirir, quruyur, zədələnir və infeksiyaya tutulma faizi artır, daha həssaslaşır.

Eləcə də isti havalarda xəstənin keçirdiyi stress, yuxusuzluq, susuzlaşma, allergenlər də ekzemanı kəskinləşdirir.
Dermatoloqlar məsləhət görür ki, ekzemalı xəstələr gün altında uzun müddət olmasınlar, təbii parçadan rahat geyimlər seçsinlər, kondinsionerin qurutduğu havada yatmasınlar, tez-tez duş qəbul edin, xüsusi nəmləndiricilər çəksinlər. Daim yanlarında termal bədən spreyləri gəzdirsinlər. Qidalarına fikir versinlər.

-Herpes virusu

Dünya Səhiyyə Təşkilatının statistikasına görə, əhalinin 3də biri sadə herpes virusu tipinin daşıyıcısıdır. Elə adamlar var, zamanla bu virus dodaqda uçuqla özünü göstərir, elə insan var, orqanizmdə inaktiv, yəni yatmış vəziyyətdə olur. Yayda bu virusu aktivləşdirən səbəblərdən biri də ultrabənövşəyi şüaların təsiridir.

Ona görə yayda dodaqlara nəmləndirici gigiyenik vasitələr, SPF tərkibli balzamlar çəkmək lazımdır. Residivin qarşısını almaq üçün immunitet möhkəmlənməli, çox isti və gün altında olmaqdan qaçmalı, fiziki aktivlik göstərməli, yuxu rejimini qaydaya salmaq lazımdır.

-Rozasea - çəhrayı civzələr

Dermatozun geniş yayılmış növüdür, ağbəniz xanımlarda daha çox olur. İsti olduqda dəri qəfildən qızarır, səpir, alın, yanaqlar yanır, köpüşlənir, səpkilər yaranır. Bu xəstəlik xronikləşir, səbəbi məlum deyil. Rozaseanı aktivləşdirən səbəblərdən stress, zob, qida, külək və təbii ki, quru isti hava, günəşdir.

Bu problemi olan insanlar üz və boyun dərilərinə birbaşa gün işığı düşməsinə imkan verməməlidir. Yüksək SPF-li günəş kremləri çəkməlidir. Alkoqol, qəhvə, soyuq içki, ədviyyat olmaz. Tez-tez üz dərilərini təmizlətməli, yumalı, nəmləndirməli, yüksək keyfiyyətli gigiyenik kosmetikadan istifadə etməlidirlər.

- Piqment ləkələri, hamiləlik piqmentasiyası


Melazma - daha çox hamiləlik və sonra, eləcə də yaşlanma ilə əlaqədar üz, boyun və əllərdə yaranan qəhvəyi ləkələrdir. Hormonal dəyişikliklərdən baş verir. Melanin - dəri piqmenti günəş işığına reaksiya verərək, ona qarşı müdafiə qatı yaradır ki, bu da həddən artıq çox piqmentasiya sahəsi formalaşdırır. Bu xanımlar əgər yayda hamilədirsə və ya artıq doğuş olubsa gündüz saat 11-16 arası açıq havaya çıxmamalı, yüksək indeksli SPF çəkməli, üzü günəşdən qoruyan şlyapa taxmalı, gündənqoruma eynəyində gəzməlidirlər.

Qocaldıqca hormonal yenidənqurma zamanı da qadınların sinə, boyun və əllərində belə ləkələr artır. Ona görə bu xanımlar da yayda çöldə az gəzməli, uzun qol və bağlı geyim seçməli, yüksək SPF üz və bədən kremlərindən çəkməlidir.

ƏN SON XƏBƏRLƏR

HAMISI
Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (32)
21:00
694

Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (32)

19.10.2019 Gündəlik Bürclər (19 Oktyabr 2019 Günlük Bürclər)
20:00
1 485

19.10.2019 Gündəlik Bürclər (19 Oktyabr 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (294)
19:00
725

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (294)

Axtar Onu Yazılı Şəkilləri 2019 (4)
18:00
789

Axtar Onu Yazılı Şəkilləri 2019 (4)

Bədənimizin ƏN ÇOX EHTİYAC DUYDUĞU 3 vitamin
17:00
169

Bədənimizin ƏN ÇOX EHTİYAC DUYDUĞU 3 vitamin

İki Kappuçino Yazılı Şəkilləri 2019 (27)
15:00
626

İki Kappuçino Yazılı Şəkilləri 2019 (27)

Beyinə bənzəyən tərəvəzin İNANILMAZ FAYDALARI
14:00
146

Beyinə bənzəyən tərəvəzin İNANILMAZ FAYDALARI

Bürclər Haqqında Maraqlı Məlumatlar (610) - Fotolar
13:00
436

Bürclər Haqqında Maraqlı Məlumatlar (610) - Fotolar

Uşağın başı nə zaman böyük və ya balaca sayılır?
12:00
171

Uşağın başı nə zaman böyük və ya balaca sayılır?

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ