Payızda bu xəstəliklərə qarşı diqqətli olun!

14 Ekim 2019
157
0
Payızda bu xəstəliklərə qarşı diqqətli olun!
Mövsüm dəyişikliyi ilə əlaqədar olaraq bəzi insanlar tez-tez xəstələnirlər. Hətta mütəmadi olaraq yorğun olanlara, uşaq kimi gecə ilə gündüz yuxusunu dəyişik salanlara da rast gəlirik.

Feat.Az
bildirir ki, həkim Adil Qeybullanın Modern.az-a dediyinə görə, mövsüm dəyişikliyi zamanı yaranan rütubət, temperatur, həm də atmosferdə olan təlatümlər insan orqanizminə öz təsirini göstərir.

"Orqanizmdə müdafiə və uyğunlaşma reaksiyaları olur. Əlbəttə, bu reaksiyalar bu cür situasiyalarda insanı xilas edir. Amma onlar həddən ziyadə təsirli olduqda bu reaksiyalar özündə pataloji xəstəlikləri daşıyır. Ona görə də insan bunu nəzərə almalıdır. Mövsüm dəyişikliyi zamanı xüsusi fikir veriləsi məqam geyimdir. Çünki payıza doğru getdikcə günün bir yarısı isti, bir yarısı qəfildən soyuqlaşa bilir. Ona uyğun geyim seçimi edilməlidir. Soyuğa qarşı həssas olan adamlar diqqətli olmalıdırlar".

Adil Qeybulla bildirib ki, soyuqdəymə və iltihabi xəstəlikləri olan insanlar daha diqqətli olmalıdırlar.

"Payız fəslində yaz aylarında olduğu kimi, xroniki xəstəliklər daha da kəskinləşə bilər. Məsələn, mədə və on iki barmaq bağırsaq xəstəliyi olan insanlar öz həkimləri ilə məsləhətləşməlidirlər. Yaxşı olar ki, hər mövsüm dəyişikliyi zamanı xəstəliyi olan insanlar həkimləri ilə məsləhətləşsinlər. Havalar soyuduqca soyuqdəymə xəstəliklərinin funksiyası, virus xəstəlikləri də getdikcə artır. Biz belə xəstəliklərin hamısına "qrip" deyirik, amma "qrip" bunun xroniki infeksiyasıdır. Qripə yoluxan şəxslər mütləq şəkildə maskalardan istifadə etsinlər. Sovet dövründə infeksion xəstəliyə tutulan şəxslərə yataq rejmi məsləhət görülürdü. Yaxşı olardı ki, bu, indi də davam etdirilsin. Nəzərə alsaq ki, insanların immunitet dərəcəsi olduqca zəifdir, mövsüm dəyişikliyi zamanı xəstəliklərə qarşı zəif düşmə yüksək olur".
Əvvəlki Xəbər Növbəti Xəbər
Loading...

ƏN SON XƏBƏRLƏR

HAMISI
Psixologiya Yazılı Şəkilləri 2019 (12)
17:00
0

Psixologiya Yazılı Şəkilləri 2019 (12)

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
0

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

Gün girməyən evə həkim girər - Azərbaycan əhalisinin gün düşməyən otaq sevgisi
15:00
29

Gün girməyən evə həkim girər - Azərbaycan əhalisinin gün düşməyən otaq sevgisi

Sənmən Yazılı Şəkillər 2019 (16)
14:00
213

Sənmən Yazılı Şəkillər 2019 (16)

Bürclərin səni həqiqətən sevdiyini necə bilərsən - Foto
13:00
160

Bürclərin səni həqiqətən sevdiyini necə bilərsən - Foto

Ürək xəstəliklərinin bir nömrəli dərmanı
12:00
34

Ürək xəstəliklərinin bir nömrəli dərmanı

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (62)
11:00
264

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (62)

“Kivi” Çizkeyki Resepti
10:00
50

“Kivi” Çizkeyki Resepti

Tarixdə Bu Gün - 22 Noyabr
09:00
43

Tarixdə Bu Gün - 22 Noyabr

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 528 İRƏLİ