Arıqlamağa kömək edən buğda pəhrizinin FAYDALARI

Arıqlamağa kömək edən buğda pəhrizinin FAYDALARI
Buğda pəhrizi doktor Uilyam Devis tərəfindən sağlam həyat sürmək və arıqlamaq istəyənlər üçün xüsusi olaraq hazırlanmış bir pəhrizdir.

Feat.Az
bildirir ki, əsasən bel nahiyəsindəki yağları məhv etməsi ilə məşhur olan bu diyetaya bəzən buğda bel diyetası da deyilir.

Həkim bildirib ki, bel nahiyəsindəki yağ buğda və qlüten ehtiva edən qidaların həddindən artıq istehlakından qaynaqlanır. Bu pəhriz qlüten tərkibli qidaları menyumuzdan çıxarmağa kömək edəcək.

Buğda pəhrizi işə yarayırmı?


Bu pəhriz uğurlu bir pəhriz proqramıdır və dünyada minlərlə insanın arıqlamasına kömək edib. Pəhriz iki əsas xüsusiyyətə malikdir. Biri bədəndəki iltihabı azaltmaq, digəri isə şəkərli qidaların istehlakını dayandırmaq. Bu iki xüsusiyyət insanlara asanlıqla arıqlamağa kömək edə bilər.

Bundan əlavə, pəhrizin yaradıcısı doktor Uilyam Devis bu gün istehlak etdiyimiz buğdanın genetik olaraq dəyişdirildiyini və xeyirdən daha çox zərər verdiyini söyləyir. Bu səbəbdən son zamanlar buğda və ya qlütenə meylli insanların sayı artmaqdadır. Bu iki tərkibli qidalardan uzaq durmaq, iltihabın qarşısını almaq və mədə turşusunu sabitləşdirməyə kömək etdiyi sübut edilib.

Buğda pəhrizində nə yemək lazımdır?

Az miqdarda nişasta tərkibli tərəvəzlər: brokoli, xiyar, pomidor, balqabaq, kələm, ispanaq, kələm və yaşıl soğan.

Meyvələr: alma, çiyələk, qreyfurt, portağal, limon, gavalı, qovun, qarpız və avokado.

Zülallar: ət, təzə balıq, yumurta və göbələk.

Sağlam yağlar: fındıq, zeytun, kakos və avokado yağı.

Süd məhsulları: Tam yağlı pendir, kərə yağı, qatıq və süd.

Taxıllar: Düyü, qarabaşaq yarması və darı.

Buğda pəhrizində nə yemək olmaz?

Buğda və ya taxıl əsaslı qidalar: çərəzlər, çörək, tort, buğda çörəyi, səhər yeməyi üçün dənli bitkilər, pizza, makaron, peçenye, əriştə və hər cür sendviç.

Bişmiş yeməklər: Hazırlanmış toyuq məhsulları, kartof qızartması, bişmiş ət məhsulları, dondurulmuş qidalar.

Yüksək şəkərli içkilər və yeməklər: quru meyvələr, qarğıdalı siropu, turşu və şəkərli içkilər.

Bir məhsulun buğdanın olub olmadığını müəyyənləşdirməyin ən sadə yolu, tərkibini oxumaqdır. Təəssüf ki, həmişə bu tərkibdə buğda sözünü görmürük.

Buğda pəhrizinə nümunə

Səhər yeməkdən öncə: Yarım limonun suyunu bir stəkan isti suya sıxıb içmək

Səhər yeməyi: Avokado və ispanaq qarışıqlı kokteyl və 1 qaynadılmış yumurta

Nahardan öncə atışdırmaq: 1 alma yaxud 1 stəkan yaşıl çay və 4 badam (qabıq soyulmalıdır)

Nahar: Qəhvəyi düyü, göbələk və ya qızardılmış balıq, tərəvəz, yarım fincan qatıq

Şamdan öncə atışdırmaq: 1 stəkan təzə sıxılmış meyvə suyu

Şam yeməyi: Pomidor şorbası, qızardılmış toyuq filesi, tərəvəz və yatmazdan əvvəl bir stəkan isti süd.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.