Qarın piylərinizi əritməyə mane olan 5 səbəb – Düz qarına gedən yol
Feat.Az məhz bu düzəlməsi mümkün, insandan asılı olan səbəbləri araşdırıb, hansı ki, bunlar qarını əritməyə mane olur.
1.Siz çoxlu, müxtəlif işlənmiş, yəni hazır qida yeyirsiz
Ağ çörək, bulka, un məmulatları rafinə olunmuş, yəni termiki, texniki işlənmiş, təmizlənmiş buğdadan hazırlanır. Eləcə də qənd, şəkər, desertlər, içkilər rafinə olunmuş şəkərdəndir. Bütün bunlar orqanizmdə iltihabi prosesləri artırır.
Siz müxtəlif dietalar, rejimlər saxlayıb, bunları yeməyə davam edirsizsə, qarında piy qatının azalmasına ümid etməyin.
Çıxış yolu var: daha təbii, antioksidantlarla zəngin və iltihab əleyhinə meyvə-tərəvəz və düzgün qidalar yemək. Onlardan hələ heç kimdə qarın çıxmayıb.
2.İdman və məşqləri düzgün etmirsiz
Səhər qaçışları, yürüşləri, məşqlər kardio effektli olub, sağlamlıq üçün yaxşıdır, amma onlar qarına təsir etməyəcək. Sizə kardio ilə güc məşqlərini birləşdirmək lazımdır. Güc tələb edən hərəkətlər əzələ kütləsini artırıb, piyləri yandırır. Həftədə 250 dəqiqə optimal variantdır.
3.Menyunuzda maqniy azdır
Maqniy orqanizmdə gedən 300 reaksiya üçün vacib elementdir.
O, qanda qlükozanın səviyyəsini tənzimləyir, menstruasiya zamanı maye durğunluğunun qarşısını alır. Maqniy az olanda bədən şiş olur, yaxşı təmizlənmir. Alimlər maqniy defisitinin arıqlamağa mane olduğunu bildirir. Belə bir defisit olduğunu bilmək üçün qanda maqniy analizi verirsiz. Az olsa maqniy ilə zəngin yaşıl yarpaq tərəvəz, göyərti, lobya, acı şokolad, balıqlar, süd məhsulları çox yeyin.
4.Yağınızı düzgün seçmirsiz
Bütün yağlar eyni deyil. Siz yağ qəbulunu azaldırsız, yeməklərdə isə hansı yağ olduğuna fikir vermirsiz. Hazır yeməklərdə, yarımfabrikatlarda, ətdə doymuş yağlar olur. Onlar isə qarın, bel nahiyəsində piy yığır. Az doymuş yaölar və yarımdoymuş yağlar isə bədəni formada saxlamağa kömək edər. Bu yağlar avokado, qoz, balıq, günəbaxan tumlarında olur. Amma istənilən yağ tərkibli qida, hətta tum və bitkilər belə çəki artımı, kalori yüksəlməsinə səbəb olur.
5.Az yatırsız
Yuxu azlığı, yata bilməmək çəkini artırır. 5 saatdan az yatan insanlar arıqlaya bilməz.
Yuxusu normada olmayan insan gün ərzində çox yeyir, yağlı qidalara meyl edir, maddələr mübadiləsi düzgün getmir. Bu adamlarda aclıq hormonu çox olur. Qarın piylərindən azad olmaq istəyirsizsə, sutkada 7-8 saat yatmalısız