Qreyfrut xərçəng əleyhinə təsirə malikdir
Feat.Az AZƏRTAC-a istinadən bildirir ki, qreyfrut özünün faydalı xüsusiyyətlərinə görə gündəlik istifadə edilməsi vacib qidalar siyahısına aid edilir. Belə ki, bu meyvə maddələr mübadiləsini, həzm sistemini və qara ciyərin fəaliyyətini yaxşılaşdırır, bədəndə duzları əridir, qanda xolesterinin miqdarını aşağı salır, xərçəng əleyhinə təsirə malikdir, cavan qalmağa və uzunömürlülüyə kömək edir. Daha yaxşı təsir göstərməsi üçün qreyfrutun yeməkdən əvvəl dadılması məsləhət görülür.
Qeyd edək ki, 100 qram qreyfrutda 35 Kkal var.