"Möcüzəvi" detoks reseptləri effeklidirmi? - Həkim asan üsulları açıqlayır

22 Eylül 2021
331
0
"Möcüzəvi" detoks reseptləri effeklidirmi? - Həkim asan üsulları açıqlayır
Bir çox insanlar xüsusən də xanımlar tez bir zamanda çəki vermək üçün detoks reseptlərindən istifadə edirlər.

Bəs düzgün detoks necə hazırlanmalıdır?

Feat.Az
bildirir ki, türkiyəli diyetoloq Hilal Öz asan üsulla detoks hazırlamağın yollarını açıqlayıb:

"Öncəliklə düzgün və sağlam qidalanmağa diqqət edin. Yeməklərinizi yaşam ritminizə görə ayarlayın. Gündə ən azı 2-3 litr su için. Metabolizmanızı yavaşlatmamaq üçün uzun müddət ac qalmayın. Detoksun sadece özəl mayelər, qidalar və ya qatqılar qəbul etmək olduğunu düşünməyin. Qatı qidalardan uzaq qalıb, sadəcə detoks içkiləri qəbul etməyin".

Bəs "möcüzəvi" detoks reseptləri nə dərəcədə effektlidir?

""Möcüzəvi" detoks deyilən bir şey yoxdur. Amma bir çox qida yetərli və düzgün qəbul edildiyi zaman faydasını göstərəcək. Suyunuzu meyvə və tərəvəzlərlə rəngləndirə bilərsiniz. Sağlam qidalanmaq, yağ əritmək və şişkinliyi aradan qaldırmaq üçün ən önəmli şeylərdən biri yetərli və düzgün su qəbuldur".
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.