Tarixdə Bu Gün - 7 Oktyabr

Tarixdə Bu Gün - 7 Oktyabr
Əhəmiyyətli hadisələr
E.ə.3761 - Yəhudi inancına görə dünyanın yarandığı gün.
1737 - Hündürlüyü 13 metri aşan dalğalar Hindistanda 100 000 insanın həyatına son qoymuşdur.
1769 - ingilis dəniz səyyahı Kapitan Kuk (Captain Cook) Yeni Zelandiya adalarını kəşf etmişdir.
1806 - Karbon kağızı kəşf edilmişdir.
1826 - ABŞ-da ilk dəmir yolu istifadəyə verilmişdir.
1926 - İtaliyada faşist partiyası özünü rəhbər partiya elan etmişdir, digər partiyaların fəaliyyəti qadağan edilmişdir.
1933 - "Air France" şirkəti təsis olunmuşdur.
1940 - Almaniya və İtaliya əsgərləri Rumıniyanı işğal etmişlər.
1949 - Almaniya Demokratik Respublikası (ADR) qurulmuşdur.
1950 - Tereza Ana xeyriyyə fondu yaradılmışdır.
1963 - Haiti və Dominikan Respublikasında Flora qasırğası nəticəsində 7 190 insan ölmüşdür.
1963 - ABŞ Prezidenti Con Kennedi nüvə sınaqlarının qadağan edilməsinə dair SSRİ, ABŞ, Böyük Britaniya arasındakı üçtərəfli sazişi imzalamışdır.
1970 - Riçard Nikson, Vyetnam Müharibəsinə son verəcək beş maddəlik sülh şərtlərini açıqlamışdır.
1971 - Fransada qanuni və nigahdankənar doğulan uşaqlar barədə diskriminasiyanı ləğv edən qanun qəbul edilmişdir.
1977 - SSRİ-də yeni konstitusiya qəbul edilmişdir.
1985 - Aşilə Lauro (Achille Lauro) adlı səfər gəmisi Fələstin döyüşçüləri tərəfindən qaçırılmışdır.
1988 - Türkiyənin Ərzurum ilindəki qazıntılar nəticəsində ermənilərin türk əhalisinə qarşı 1918-ci ildə törətdiyi Yaşılyayla soyqırımı aşkarlanmışdır.
1992 - Azərbaycan Ali Soveti MDB-yə daxil olmağın əleyhinə səs vermişdir.
1994 - Azərbaycan Respublikası Küveyt ilə diplomatik əlaqələr qurmuşdur.
2001 - ABŞ Əfqanıstanda hərbi əməliyyatlara başlamışdır.
2002 - Nobel Tibb Mükafatı, ingilis alimlər Sidney Brenner və Con Sulston ilə amerikalı Robert Horvitsə verilmişdir.
2002 - İsrail silahlı qüvvələrinin Qəzzada Xan Yunusa qarşı hücumunda 14 fələstinli öldürülmüş, 110 nəfər yaralanmışdır.
2003 - Kinoaktyor Arnold Şvartsenegger Kaliforniya ştatının qubernatoru seçilmişdir.

Doğumlar

1885 - Nils Bor, danimarkalı fizik.
1900 - Henrix Himmler, III Reyxin hərbi və siyasi xadimi.
1950 - Vladimir Molçanov, rusiyalı teleaparıcı.
1952 - Vladimir Putin, Rusiya Hökumətinin Sədri.
1967 - Toni Brekston, amerikalı müğənni.
1968 - Tom York, Radiohead qrupunun vokalisti.

Ölümlər
1809 - Edqar Allan Po, amerikalı yazıçı.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.