Tarixdə Bu Gün - 9 Noyabr
Azərbaycan Respublikasının Dövlət Bayrağı günü.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul edilmişdir, (1918-ci il).
"Avropada adi silahlar haqqında Müqavilə" qüvvəyə minmişdir, (1992-ci il).
Əhəmiyyətli hadisələr
Bakıda Dövlət Bayrağı Meydanı
1875 — Həsən bəy Zərdabinin redaktorluğu ilə Azərbaycan dilində ilk mətbu orqan - "Əkinçi" qəzeti nəşrə başlamışdır.
1930 — Avstriyada keçirilən parlament seçkilərində sosialistlər qalib gəlmiş, nasistlər və kommunistlər parlamentə düşə bilməmişlər.
1937 — Yaponiya Şanxayı işğal etmişdir.
1938 — Berlində faşitlər tərəfindən 7 min yəhudi dükanı dağıdılmış, yüzlərlə sinaqoq yandırılmış, çox sayda yəhudi qətlə yetirilmişdir.
1953 — Kamboca müstəqilliyini elan etmişdir.
1982 — Kənan Evrən Türkiyə prezidenti seçilmişdir.
1989 — Almaniya Federativ Respublikası hökuməti Almaniya Demokratik Respublikası ilə arasındakı gediş-gəlişlə bağlı qadağaları aradan götürdüyünü bəyan edəndən sonra minlərlə alman Berlin divarını aşaraq AFR-ə keçmişdır.
1990 — Meri Robinson İrlandiyanın ilk qadın prezidenti olmuşdur.
1991 — Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq Türkiyə tanımışdır.
1994 — Alman fizikləri yeni kimyəvi element sintez edərək yaşadıqları şəhərin şərəfinə onu "darmştadium" adlandırmışlar.
2003 — "Əl-Qaidə"nin Səudiyyə Ərəbistanında kral sarayına terror hücumu nəticəsində 20-yə yaxın insan həlak olmuşdur.
Doğumlar
1818 — İvan Turgenyev, rus yazıçı.
1888 — Jan Mone, Avropa Birliyinin ideya müəllifi hesab olunan fransız iqtisadçı.
1940 — Con Lennon, "Bitls" qrupunun yaradıcısı.
Ölümlər
1914 — Səttar xan
1970 — Şarl de Qoll, Fransa prezidenti, general.
1973 — Rza Əfqanlı, aktyor.
1994 — Bayram Bayramov, azərbaycanlı yazıçı, Azərbaycanın xalq yazıçısı (d. 1918)
Bayramlar və xüsusi günlər
Ümumdünya Gənclər Günü.