Tarixdə Bu Gün - 11 Noyabr

11 Kasım 2016
1 182
0
Tarixdə Bu Gün - 11 Noyabr
11 noyabr:
* Birinci dünya müharibəsi başa çatmışdır, (1918-ci il).
* Mingəçevir şəhər statusu almışdır, (2001-ci il).
* Amerikalı yazıçı Cek London anadan omuşdur, (1876-cı il), (ö. 1916-cı il).

Əhəmiyyətli hadisələr
1887 — Çikaqoda partlayış törətməkdə təqsirli bilinən anarxist hərbçilər edam edilmişlər. Bü gün tarixə "Qara Cümə" adı ilə daxil olmuşdur.
1889 — Vaşinqton ABŞ-ın 42-ci ştatı olmuşdur.
1909 — Amerika Birləşmiş Ştatlarının Perl-Harbor hərbi-dəniz bazasının inşasına başlanılmışdır.
1938 — İsmət İnönü Türkiyə prezidenti seçilmişdir.
1942 — Müttəfiqlər tərəfindən Şimali Afrikada hərbi cəbhənin açılmasına cavab olaraq Faşist Almaniyası Fransanın cənub hissəsini işğal etmişdir.
1965 — Afrikanın sonuncu ingilis müstəmləkəsi olan Rodeziya birtərəfli qaydada müstəqilliyini elan etmişdir.
1971 — Amerika Birləşmiş Ştatları Okinava adasını Yaponiyaya qaytarmışdır.
1973 — Misir və İsrail arasında sülh bağlanmışdır.
1976 — Türkiyə SSRİ-dən elektrik enerjisi almaq üçün 10 illik müqavilə imzalamışdır.
1993 — BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal olunmuş Azərbaycan rayonlarından çıxarılmasını tələb edən 884 saylı qətnaməni qəbul etmişdir.
Doğumlar
1934 — İslam Rzayev, Azərbaycanın xalq artisti (ö. 2006).
1821 — Fyodor Dostoyevski, rus yazıçısı.
1921 — Balaş Azəroğlu, azərbaycanlı şair.
1944 — Kamal Sunal, türk aktyor (ö. 2000).
Ölümlər
1951 — İsmayıl Hidayətzadə, azərbaycanlı aktyor (d. 1901).
2004 — Yasir Ərəfat, Fələstin muxtariyyətinin prezidenti (d. 1929).
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.