Tarixdə Bu Gün - 22 Dekabr

22 Aralık 2017
825
0
Tarixdə Bu Gün -  22 Dekabr
1453 — İstanbul Universiteti qurulub.
1829 — ilk sərnişin dəmiryolu xətti Baltimor-Ohayo fəaliyyətə açılıb.
1895 — Lümyer qardaşları ilk filmi nümayiş etdiriblər.
1914 — Ənvər Paşanın komandanlığı altındakı Osmanlı ordusu Sarıqamış əməliyyatına başlayıb.
1919 — Kommunizmə simpatiyası olan 250 Amerika vətəndaşı SSRİ-yə sürgün edilib.
1920 — Moskvada VIII Ümumrusiya sovetlər qurultayı açılıb. Qurultayda QOELRO planı təsdiq edilib.
1932 — Mahatma Qandi azadlığa çıxıb
1941 — Hitler “Qafqaz müsəlman Legionu”nu yaratmaq barədə göstəriş verib.
1942 — Podpolkovnik Həzi Aslanov birinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb
1987 — Elmira Qafarova Azərbaycan SSR xarici işlər naziri vəzifəsindən azad edilib.
1988 — Meydan hərəkatını işıqlandırdığı üçün Nəcəf Nəcəfov “Molodyoj Azerbaydjana” qəzeti redaktorluğundan kənarlaşdırılıb.
1989 — 24 illik hakimiyyətdən sonra Rumıniya Kommunist Partiyasının rəhbəri Nikolae Çauşesku devrilib. Arvadı ilə birgə qaçmaq istəyən Çauşesku yaxalanıb.
1993 — Cənubi Afrika Respublikası parlamenti aparteid rejimini rəsmən ləğv edib
1994 — Azərbaycan Respublikası Honduras ilə diplomatik əlaqələr qurmuşdur.
2001 — Əfqanıstanda Həmid Kərzainin rəhbərliyi ilə müvəqqəti hökumət qurulub.
2008 — Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2009-cu il Azərbaycan Respublikasında “Uşaq ili” elan edilib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.