Tarixdə Bu Gün - 23 Dekabr

23 Aralık 2017
910
0
Tarixdə Bu Gün -  23 Dekabr
1876 – Osmanlı sultanı Əbdülhəmid "I Məşrutiyyət"i elan edib.
1888 – Mərcdə uduzan rəssam Van Qoq öz qulağını kəsib.
1900 – Kanadalı Rejinald Obri səsin ilk dəfə olaraq 1 kilometr məsafəyə simsiz ötürülməsinə nail olub.
1904 – Vilnüsdə litva dilində ilk qəzet çap olunub.
1913 – ABŞ Federal Ehtiyatlar Sistemi yaradılıb.
1920 – Fransa və Böyük Britaniya "Suriya və Fələstin sərhədlərini müəyyən edən Konvensiya"nı ratifikasiya edib.
1930 – Türkiyə və Yunanıstan arasında ərazi mübadiləsi həyata keçirilib.
1933 – Almaniyada Reyxstaq yandırılıb və bu böyük bir siyasi prosesin başlanğıcı olub.
1947 – İlk tranzistor təqdim edilib.
1947 – SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" 754 saylı qərar qəbul edib.
1953 – Hərbi məhkəmənin qərarı ilə uzun müddət SSRİ xüsusi xidmət orqanlarının rəhbəri olmuş Lavrenti Beriya güllələnib.
1975 – ABŞ Konqresi metrik ölçü sistemini rəsmiləşdirsə də, bu sistem ölkədə heç zaman istifadə olunmayıb.
1979 – SSRİ ordu hissələri Əfqanıstana daxil olub.
1986 – Sovet dissidenti Andrey Saxarova Qorki şəhərindən siyasi sürgündən Moskvaya qayıdıb.
1989 – Azərbaycan Xalq Cəbhəsi Naxçıvan MSSR sərhəd dəstəsi komandirinə ultimatum verərək dekabrın 31-dək sərhəddən adamların müəyyən qayda ilə keçərək qohum əqrəbası ilə əlaqə saxlamasına imkan yaratmağı tələb edib. Ultimatum yerinə yetirilməyib.
1990 – Sloveniya müstəqillik əldə edib.
1991 – İsveçrə Azərbaycanın müstəqilliyini tanıyıb.
1994 – Qaqauz türklərinə Moldovanın tərkibində muxtariyyat verilib.
1995 – Hindistanda bir mərasim zamanı baş verən yanğında 540 nəfər həlak olub.
1999 – Fil Dişi Sahilində hərbi çevriliş baş verib.
2004 – İordaniyada 28 ildən sonra ilk dəfə bələdiyyə seçkiləri keçirilib.
2005 – saat 22:19-da havaya qalxan Bakı aeroportundan havaya qalxan AN-140 tipli sərnişin təyyarəsi təxminən 7 dəqiqədən sonra beynəlxalq hava limanından 18 kilometr aralıda, Nardaran qəsəbəsi yaxınlığında yerə düşmüş, təyyarədə olan 18 sərnişin və 5 heyət üzvü həlak olmuşdur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.