Tarixdə Bu Gün - 5 Yanvar

05 Ocak 2018
950
0
Tarixdə Bu Gün -  5 Yanvar
1769 — İngilis mühəndis Ceyms Uatt buxar maşınını patentləşdirib.
1809 — Türkiyə ilə İngiltərə arasında müharibə Sultaniyə sülhü ilə başa çatıb.
1929 — Yuqoslaviyada diktatura rejimi bərqərar olub.
1930 — ÜİK(b)P MK "Kollektivləşmənin templəri və dövlətin kolxoz quruculuğuna kömək tədbirləri haqqında" qərar verib. Bu tarix keçmiş SSRİ-də kütləvi kollektivləşmənin başlanğıcı hesab olunur. Qərara əsasən SSRİ-də kollektivləşmə beşilliyin sonunadək (1932) başa çatmalı idi. Qafqaz üçün isə son tarix olaraq 1930-cu ilin payızı müəyyən edilib.
1956 — ilk sovet ekspedisiyası Antarktidaya çatıb.
1968 — Aleksandr Dubçekin Çexoslovakiya Kommunist Partiyası rəhbərliyinə gəlməsi ilə Praqa baharı adlı siyasi proses başlanmışdır.
1969 — SSRİ Venera planetinə kosmik aparat göndərib. Aparat təyinat yerinə 4 aya çatıb.
1989 — ABŞ hərbi təyyarələri Liviyaya məxsus iki MİQ təyyarəsini vurub.
2006 — Səhhətində ciddi problemlər ortaya çıxan İsrail baş naziri Ariel Şaron istefa verib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.