Tarixdə Bu Gün - 18 Yanvar

18 Ocak 2018
1 137
0
Tarixdə Bu Gün -  18 Yanvar
1258 – Hülakü xan Bağdadı mühasirəyə alıb.
1654 – Ukrayna Rusiya tərkibinə daxil olub.
1778 – İngilis səyyah Ceyms Kuk Havay adalarını kəşf edib.
1825 – Moskvada "Bolşoy Teatr" açılıb.
1871 – Alman İmperiyası (İkinci Reyx) elan edilib.
1896 – Rentgen (X-şua) cihazı ilk dəfə Nyu-Yorkda nümayiş etdirilir. Yaradıcısı əvvəlcə ona "X" adı ona görə vermişdi ki, şüanın xarakteristikası o zaman fizikaya bəlli deyildi.
1911 – İlk dəfə təyyarə gəminin üzərinə endi. Pilot Eugene B. Ely, San-Françisko limanında olan USS Pennsylvania gəmisinə enmişdir.
1919 – Paris sülh konfransı işə başlayıb. Konfransda dünya dövlətlərinin yeni sərhədləri müəyyən edilib.
1923 – BBC-yə İngiltərədə radio yayımına görə lisenziya verilmişdir.
1926 – Yusif Vəzir Çəmənzəminlinin Sovet vətəndaşlığı bərpa edilib.
1926 – "Knyaz Potyomkin zirehli gəmisi" filmi ekranlara çıxıb.
1927 – Amerika Senatı Lozanna konfransının qərarlarını ratifikasiya etməkdən imtina edib.
1943 – Sovet ordusu Leninqradın 872 gün davam edən mühasirəsini yarıb.
1990 – Erməni silahlı qüvvələri Şərur rayon Kərki kəndi işğal edib.
1990 – 13 yanvarda başlayan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi (AKP MK) büro iclasları başa çatıb. İclaslarda respublikadakı vəziyyət müzakirə edilib, iştirak edənlər güc tətbiq etmənin zəruri olduğunu bildiriblər. Etiraz edən olmayıb.
1991 – "Səhrada tufan" əməliyyatının ardından İraq ordusu Tel-Əvivə və Hayfaya Skad raketləri atıb.
2005 – 800 sərnişin tutumlu "Airbus A380" təyyarəsi Fransanın Tuluza şəhərində mətbuata təqdim edilib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.