Tarixdə Bu Gün - 23 Yanvar

23 Ocak 2018
923
0
Tarixdə Bu Gün -  23 Yanvar
98 — Trayan Roma imperatorluğuna rəhbərliyi ələ alıb.

1556 — Çində baş vermiş zəlzələ 850 mindən çox insanın həyatına son qoyub.

1792 — Qənd və kofe qıtlığı Fransa paytaxtında kütləvi iğtişaşlarla nəticələnib.

1849 — Amerikalı həkim Elizabet Blakvel Qərb Yarımkürəsində doktorluq müdafiə etmiş ilk qadın kimi tarixə düşüb.

1912 — Haaqada "Beynəlxalq opium Konvensiyası" imzalanıb. Bu, narkotik maddələrin istifadəsini tənzimləyən ilk sənəd olub.

1920 — Rusiyanın xarici işlər naziri G.V. Çiçerin ikinci notasında yenidən Azərbaycanı RSFSR-ilə əməkdaşlığa dəvət edir və yazırdı: "Biz həmişə bir səma altında, bir yerdə yaşamışıq və yenə də bir yerdə yaşamalıyıq". Fətəli xan Xoyski fevralın 1-də Çiçerinə Azərbaycan hökumətinin rəsmi fikrini bildirib və onun təklifini rədd edib.

1922 — Torontoda şəkər xəstələrinə insulin kütləvi şəkildə tətbiq edilməyə başlanıb.

1950 — Knesset (İsrail parlamenti) Tel Əvivi İsrailin paytaxtı elan edib.

1960 — "Triest" batiskafı dünyanın ən dərin nöqtəsinə enib. O dövrün nəticələrinə görə dərinlik 11 020 metr olub.

1978 — Fransada kilsə ölüm hökmünün ləğvinə razılıq verib.

1990 — Macarıstandakı Sovet hərbi hissələri çıxarılıb.

2005 — Viktor Yuşenko Ukrayna prezidenti seçilib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.