Tarixdə Bu Gün - 24 Yanvar

24 Ocak 2018
862
0
Tarixdə Bu Gün -  24 Yanvar
1909 — Katolik kilsəsi 1431-ci ildə yandırılmış fransız qızı Janna Darkı müqəddəs elan edib.

1924 — Petroqradın adı dəyişdirilərək Leninqrad adlandırılıb.

1940 — Azərbaycan Rus Dram teatrında Səməd Vurğunun "Vaqif" dramının ilk tamaşası olub.

1946 — Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) təsis edilib.

1978 — SSRİ-nin nüvə reaktorlu kosmik raketi "Kosmos 954" okeana düşüb. Bu, tarixdə nüvə mühərrikli raketin ilk qəzası idi.

1984 — "Apple" şirkəti "siçan"la idarə olunan ilk kompüteri bazara çıxarıb.

1990 — Əbdürrəhman Vəzirov ölkəni tərk etdikdən sonra Ayaz Mütəllibov Azərbaycan KP MK-nın birinci katibi təyin edilib.

1992 — Ukrayna Azərbaycana nota verərək diplomatik münasibətlər qurmaq niyyətini bildirib. Azərbaycan 6 fevralda notaya müsbət cavab verib.

1993 — Türk jurnalist Uğur Mumçu qətlə yetirilib.

1994 — Türkiyənin ilk rabitə peyki "TÜRKSAT 1" orbitə çıxarılandan 12 dəqiqə sonra Atlantik okeana düşüb.

2011 — Rusiyanın paytaxtı Moskvada yerləşən Domodedovo hava limanında bombalı kamikadze terror aktı törətmişdir. Nəticədə, 35 nəfər həyatını itirmiş, 120 nəfər isə yaralanmışdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.