Tarixdə Bu Gün - 19 Fevral
1861 — II Aleksandr Rusiyada təhkimçilik hüququnun ləğv olunması barədə manifest imzalamışdır.
1878 — Tomas Edison fonoqrafı patentləşdirmişdir.
1878 — Rusiya ilə Türkiyə arasında növbəti müharibə başa çatmış, tərəflər ilkin sülh sənədini - San-Stefano müqaviləsini imzalamışlar.
1915 — Türkiyədə Dardanel boğazında admiral Con De Robekin başçılığı altında hərbi əməliyyatlar başlamışdır.
1954 — Nikita Xruşşovun təşəbbüsü ilə Krım vilayəti Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilmişdir.
1959 — Türkiyə və Yunanıstan arasında Kiprlə bağlı saziş imzalanmışdır.