Tarixdə Bu Gün - 18 Fevral » Feat.Az Sekiller, Xeberler, Yazili

Tarixdə Bu Gün - 18 Fevral

18 fevral 2018
450
0
Tarixdə Bu Gün -  18 Fevral
1451 — Fateh Sultan Mehmet ikinci dəfə taxta çıxmışdır.
1855 — II Aleksandr Rusiya İmperiyasının imperatoru olmuşdur.
1952 — Türkiyə ilə Yunanıstan NATO üzvlüyünə qəbul olunmuşlar. Kipr və Egey dənizi məsələlərində aralarında mübahisə olan iki dövlətin eyni vaxtda alyansa qəbulu NATO-nun prinsipial mövqeyi idi.
1965 — Böyük Britaniyanın Afrikadakı müstəmləkəsi olan Qambiya dövlət müstəqilliyini elan etmişdir.
1990 — Erməni terrorçularının Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobusu partlatması nəticəsində çox sayda insan həlak olmuşdur.
2004 — İranda kimyəvi maddələr daşıyan qatarın partlaması nəticəsində 5 kənd dağılmış, 320 nəfər adam həlak olmuşdur.
2009 — "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı olmuşdur.
Şərh Yaz