Tarixdə Bu Gün - 31 Oktyabr

31 Ekim 2020
776
0
Tarixdə Bu Gün - 31 Oktyabr
31 oktyabr:

Hellouin - Bütün Müqəddəslər Günündən əvvəlki gecə.
1517 — Martin Lüter Vittenberq kilsəsində "Doxsan beş tezis"ini kilsə qapısına asaraq "cənnət qəbzləri"nə etirazını bildirdi.
1876 — Hindistanda qasırğa 200 000 insanın həyatına son qoydu.
1922 — Benito Mussolini İtaliyanın baş naziri seçildi.
1952 — Amerika Birləşmiş Ştatları Marşal adalarında ilk hidrogen bombasının sınağını keçirdi.
1956 — Böyük Britaniya və Fransa Misirin Süveyş kanalını milliləşdirməsinə cavab olaraq kanalın bombalanmasına başladılar.
1961 — Stalinin cənazəsi mavzoleydən çıxarılaraq dəfn edildi.
1984 — İndira Qandi öz mühafizəçisi tərəfindən qətlə yetirildi.
1989 — Turqut Özal Türkiyənin 8-ci prezidenti seçildi.
1992 — Vatikan Qalileo Qalileyə bəraət verdi.
2006 — Gəncə Beynəlxalq Hava Limanı əsaslı təmirdən sonra açıldı.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET