Tarixdə Bu Gün - 30 Yanvar

30 Ocak 2022
445
0
Tarixdə Bu Gün - 30 Yanvar
Almaniya prezidenti Hindenburq 1933-cü ilin 30 yanvarında Nasist Partiyasının sədri Adolf Hitleri 12 üzvdən ibarət koalisiya hökumətinə baş nazir (şansölye) təyin etdi.


30 yanvar 1943-cü ildə İngiltərənin baş naziri Uinston Çörçil (Winston_Churchill) Kazablanka Konfransından sonra Türkiyənin dövlət başçısı İsmət İnönü ilə görüşmək üçün Türkiyəyə gəldi. Adanada reallaşan görüşdə Çörçil İnönüdən Balkanlarda faşistlərə qarşı ikinci cəbhə açmaq üçün Türkiyənin də müharibəyə qatılmasını istədi. İsmət İnönü bu tələbi Türkiyə ordusunun döyüşə hələ hazır olmadığını bildirərək rədd etdi.


Hindistan milli azadlıq hərəkatının lideri Mahatma Qandi ölkənin istiqlaliyyət qazanmasından 5 ay sonra – 1948-ci ilin 30 yanvarında paytaxt Dehlidə uğradığı sui-qəsd nəticəsində qətlə yetirildi. Sui-qəsdçi Nathuram Qodse adlı hindi bir radikal idi.

O gündən Hindistanda 30 yanvar “Müstəqllik uğrunda qurban gedənlərin xatirə günü” olaraq qeyd edilir.


1972-ci il 30 yanvarda ingilis əsgərləri Şimali İrlandiyanın Derri şəhərinin Boqsad (Bogside) bölgəsində etiraz bildirən silahsız nümayişçilərə atəş açdı. Tarixə "Qanlı bazar" olaraq düşən hadisədə 14 nəfər həyatını itirdi.

Əli yalın vətəndaşların öldürülməsi Şimali İrlandiyanın müstəqilliyini istəyən İRA təşkilatının silahlı və bombalı hücumlarının artırmasına səbəb oldu.


1992-ci il yanvarın 30-da Azərbaycan Respublikasının müstəqil Gömrük Xidməti yaradılıb.

1997-ci ilin yanvarında Azərbaycan prezidentinin sərəncamı 30 Yanvar Azərbaycan Gömrükçü Günü olaraq qeyd edilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.