Dua necə edilməlidir - Video

13 Mart 2015
2 317
0
Dua necə edilməlidir - Video
Dua necə edilməlidir - Video

Dua necə edilməlidir
Allah bir ayədə duanın vacibliyini belə vurğulayır:
De: “Əgər yalvarmağınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi...” (Furqan surəsi, 77)
Əksər insanlar bütün kainatın maddə yığını olduğunu və bu maddələrin, təsadüfi şəkildə bir-birlərinə təsir etmələri nəticəsində hərəkət etdiklərini zənn edirlər. Əslində mövcud olan hər şeyin Allah'ın iradəsinə boyun əydiyini, hər şeyin yalnız Allah'ın “Ol” əmri ilə olduğunu dərk etmirlər.
Lakin iman gətirənlər kainatın sirrini bilirlər. Allah'ın hər şeyi Öz iradəsinə boyun əydirdiyini, hər şeyə hakim olduğunu və Özündən kömək diləyən qullarına yardım etdiyini bilirlər. Allah bir ayədə belə buyurur:
Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)
Ancaq Allah'ın duanı qəbul etməsi duada istənilən hər şeyi verməsi demək deyil. Çünki insan cahildir və ayədə də bildirildiyi kimi “...xeyir dilədiyi kimi, şər də diləyir”. (İsra surəsi, 11) Bu səbəbdən, Allah hər duanı qəbul edir, amma bəzən istəniləni verir, bəzən isə istənilən şey əslində “şər” olduğundan vermir.
Dua edərkən mömin imani dərinlik içində olmalı, Allah'a içdən duyduğu sevgisini ən gözəl şəkildə ifadə etməlidir. Qurandakı "Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin..." (Əraf surəsi, 55)"Allah'a qorxu və ümidlə yalvarın. Həqiqətən, Allah'ın mərhəməti yaxşılıq edənlərə yaxındır." (Əraf surəsi, 56) ayələri necə dua etməli olduğumuzu ətraflı şəkildə izah edir. Başqa bir ayədə isə Allah'ın isimləri ilə dua etməyimiz əmr edilir:
Ən gözəl adlar Allah'ındır. Onu bu adlarla çağırıb dua edin.... (Əraf surəsi, 180)

müəllif:Aysel Vəlizadə



Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.