Şəxslərə geyiminə görə dəyər verən insanlar
Qloballaşan və günü-gündən maddi baxımdan inkişaf edən dünyanı cənginə alan ən ciddi problemlərdən biri ayrı-seçkilik və insanların zahiri göstəricilərinə görə onlara qarşı sərgilənən münasibətlə bağlıdır. Belə ki, zahiri göstəricilərinə görə kasıb və aşağı təbəqədən olan insanlarla, üstün və varlı şəxslər eyni situasiya və ya hadisə ilə üzləşərkən ətrafdakıların həmin insanlara qarşı yardım etməsi və münasibəti də fərqli olur. Məhz sözügedən problemlə bağlı Parisdə bir qrup gənc maraqlı eksperiment həyata keçirib. Feat.az İnterAz`a İstinadən lentə alınmış maraqlı eksperimentin görüntülərini sizlərə təqdim edir.