Ədəbiyyatı Muzeyi haqqında

04 Aralık 2018
1 450
0
Ədəbiyyatı Muzeyi haqqında
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi — Bakıda yerləşdiyi elmi tədqiqat müəssisəsi. 1945-ci ildə təşkil olunmuşdur. AMEA-nın tərkibində olan Azərbaycan Ədəbiyyat muzeyi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Muzey 1959 və 1967-ci illərdə xeyli genişləndirilmiş və yenidən qurulmuşdur.Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur.Muzeyin binası 1860-cı illərdə ikimərtəbəli karvansaray kimi tikilmişdi. Binanın memarı Qasım bəy Hacıbababəyov idi. 1915-ci ildə bina "Metropol" mehmanxanası kimi fəaliyyət göstərirdi. Sonralar 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının Nazirlər Kabinetinin əməkdaşları burada yaşamışlar və işləmişlər, 1920-1930-cu illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurası burada yerləşdirilmişdi.Muzeyin yaradılması XX əsrin 40-cı illərindən əvvəllərində başlanmışdı. Azərbaycanın ən seçmə sənətkarları milli söz ocağının yaradılmasına cəlb edilmişdi. O zaman - 1941-ci ildə Nizami Gəncəvinin təntənəli yubiley mərasimi məlum səbəb üzündən - o vaxtkı blokadada olan Leninqradda, Ermitajda keçirildi və bu, böyük bir tarixi hadisə idi.Muzey Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə həsr olunmuş daimi sərgi xatırə muzeyinin təşkili haqqında Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1 noyabr 1939-cu il tarixli 4972 №-li sərəncamı ilə yaradılmışdır. Lakin onun açılışı 1945-ci il may ayının 14-nə təsadüf edir.onradan Nizami xatirə muzeyi Azərbaycan Ədəbiyyatı Muzeyinə çevrilmişdir.1959 və 1967-ci illərdə muzey hərtərəfli bərpa edilmiş, genişlənmişdir. 2004-2009-ci illərdə təmir və restovrasiya olunmuşdur. Sərginin sahəsi 2500 kv. metrədək artmışdır.

Əsası qoyulub: 1939
Açılış tarixi: 1945
MövzuƏd: əbiyyat
Yerləşir: Azərbaycan, Bakı, AZ 1001, İstiqlaliyyət, 53
Ünvan: Via Istiglaliyyat 53
Direktor Rəfael Hüseynov
Ən yaxın ictimai nəqliyyat: İçərişəhər metrostansiyası

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.