Cəsur ürəklər

20 Ocak 2019
1 321
0
Cəsur ürəklər
Sovet ordusu 1990-cı il yanvarın 20-də Bakıda qırğın törətdikdən sonra Azərbaycanın bölgələrinə tanklar yeritdi. Yanvarın 24-də Cəlilabad rayonunda həbslər aparıldı,yanvarin 25-də Neftçala rayonunda iki nəfər qəhrəmancasına həlak oldu. Ertəsi gün isə sovet ordusu Lənkəran şəhərinə daxil oldu. Rus ordusunun burada törətdiyi vəhşiliklər nəticəsində 6 nəfər rayon sakini şəhid oldu. Həmin günlərdə Lənkəranda demək olar ki, hər gün Sovet hakimiyyətinə qarşı etiraz mitinqləri keçirilirdi. Meydana toplaşan Lənkəranlıları qorxutmaq üçün helikopterlər səmaya qaldırılsa da əhali bundan çəkinmədi. Bütün bunları görən sovet ordusu Bakıda, Cəlilabadda və Neftçalada həyata keçirdiyi qırğını Lənkəranda da təkrarlamağa çalışdı. Bundan xəbər tutan Azadlıq hərəkatının üzvləri şəhərdə böyük qırğın yaşanmasın deyə Haftoni meşəliyinə çəkildilər. Çoxlu sayda hərbi qüvvə isə ağır texnikalarla onları mühasirəyə aldı. Şahidlərin dediklərinə görə, şəhərin mühasirəsinə 3 minə yaxın hərbiçi cəlb edilmişdi. O vaxt baş verənləri ölümün gözünə dik baxaraq Lənkəran sakinləri qəhramanlıq dəstanı yazmışdılar

Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.