Xərçəngdən əziyyət çəkən qadın belə intihar etdi - VİDEO

01 Aralık 2014
1 705
0
Xərçəngdən əziyyət çəkən qadın belə intihar etdi - VİDEO
[center]Xərçəngdən əziyyət çəkən qadın belə intihar etdi - VİDEO
Amerika Birləşmiş Ştatlarının Oreqon ştatında beyin xərçəngindən əziyyət çəkən 29 yaşlı qadın eftanaziya üsulu ilə intihar edib. Britani Meynard bir müddət əvvəl intiharı üçün ən ideal tarixin noyabr ayının 1-i olduğunu müəyyən etmişdi.

O, baş ağrıları dözülməz həddə çatanda həkimdən ona ölümcül dozada dərman vurmasını istəyib. Gənc qadının öz istəyi ilə ölümü Amerikada polemikaya səbəb olub.

Britani Meynard ölümündən öncə YouTube videoportalında öz qərarının səbəbini izah edib. Kadrlar 9 milyon izləyici toplayıb.

Qadın öz ölümünü şərəfli ölüm adlandırıb.

Qadına yanvar ayında xərçəng diaqnozu qoyulduqdan sonra o, eftanaziya hüququndan istifadə etmək üçün həyat yoldaşı ilə yaşadığı Kaliforniya ştatından Oreqon ştatına gəlib.

Oreqon ştatında eftanaziya 1997-ci ildən qüvvəyə minib. Kaliforniya ştatında isə, eftanaziya qeyri-qanuni hesab olunur.
[/center]
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.