Məmmədbağır Bağırzadə - Azərbaycan oğluyam.

25 Ekim 2014
11 644
0
Məmmədbağır Bağırzadə - Azərbaycan oğluyam.
Məmmədbağır Bağırzadə - Azərbaycan oğluyam.

Uzaq-uzaq ellərdən adım var, ünvanım var
Dastanlara sığmayan şöhrətim var, şanım var
Qəhrəmanlar içində neçə qəhrəmanım var
Cavanşirəm, Babəkəm, Nəbiyəm, Koroğluyam
Azərbaycan oğluyam, Azərbaycan oğluyam

Nizamilər övladı, Nəsimilər nəsliyəm
Yurdum Odlar yurdudur, mən Günəş nəfəsliyəm
Təbiətim belədir, toy-bayram həvəsliyəm
Ürəyi dost soraqlı, süfrəsi qonaqlıyam
Azərbaycan oğluyam, Azərbaycan oğluyam

Vətən olub əzəldən söhbətim də, sözüm də
Vətənlə ucalırıq övladım da, özüm də
Qoy dünya başdan-başa Cənnət olsun gözümdə
Ürəyimlə, qanımla bu torpağa bağlıyam
Azərbaycan oğluyam, Azərbaycan oğluyam

Göy-Göl dərin düşüncəm, dəli dağ vüqarımdır
Kür-Araz coşğun qanım, Xəzər şah damarımdır
Can dərmanı istəsən, istə ey dost varımdı
Torpağım bol, suyum bol
Aranlıyam, Dağlıyam
Azərbaycan oğluyam, Azərbaycan oğluyam
Ürəyimlə, qanımla bu torpağa bağlıyam
Azərbaycan oğluyam, Azərbaycan oğluyam


Sözləri: Hafiz Baxış
Bəstəkarı: Ələkbər Tağıyev

Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.