Məmmədbağır Bağırzadə - KAMALIN SƏNİN

23 Ekim 2014
3 371
0
Məmmədbağır Bağırzadə - KAMALIN SƏNİN
Məmmədbağır Bağırzadə - KAMALIN SƏNİN

Sevgilim, deyirlər xeyli zamandır
Aya şölə verir camalın sənin
Aşiqi cəzb edir hər səhər-axşam
Özün olmayanda xəyalın sənin
Mən səni sevmişəm sevimli canan
Bir can olar olsun yolunda qurban
Rahim olardımı hüsnünə heyran
Əgər olmasaydı kamalın sənin

Ey bahar könlümün körpə turacı
Eşqimin vüqarı, başımın tacı
Hicranın o qədər olmazdı acı
Şirin olmasaydı vüsalın sənin
Mən səni sevmişəm sevimli canan
Bir can olar olsun yolunda qurban
Rahim olardımı hüsnünə heyran
Əgər olmasaydı kamalın sənin


Sözləri: Məmməd Rahim
Bəstəkarı: Ələkbər Tağıyev


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.